
Tramp Pekinə getməzdən öncə Çin gizli nüvə zavodu açır - Yeni savaş başlayır?
ABŞ Prezidenti Donald Trampın Pekinə planlaşdırılan səfəri ərəfəsində Çinin öz nüvə potensialını məxfi yollarla artırdığı məlum olub.
ABŞ Prezidenti Donald Trampın Pekinə planlaşdırılan səfəri ərəfəsində Çinin öz nüvə potensialını məxfi yollarla artırdığı məlum olub.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı paylaşıb.
Xəbərə əsasən, Çin hökuməti nüvə silahı hazırlayan yeni zavod inşa etmək məqsədilə Siçuan əyalətində yerləşən kəndlərdən birinin əhalisini köçürüb. Qeyd olunan əsas tikililərdən biri Tonqjiang çayı yaxınlığında ucaldılmış qeyri-standart formalı nəhəng günbəzdir.
"Böyük ehtimalla, avadanlıqların quraşdırılması prosesi davam edir və obyekt hələ tam olaraq istismara verilməyib", - deyə məlumatda bildirilib.
Sahəsi 3 300 kvadratmetrə çatan bu obyekt partlayışa dözümlü qapılar, həmçinin radiasiya ölçən cihazlarla təchiz edilmiş beton-polad strukturla qorunur. Analitiklər hesab edirlər ki, bu məkan plutonium və uran kimi kəskin radioaktiv maddələrin mühafizəsi üçün tikilib.
Diqqətçəkən məqam odur ki, bu inşaat işləri nüvə arsenalının genişləndirilməsi məsələsində Pekinə təsir etmək istəyən ABŞ prezidentinin səfərindən dərhal öncə həyata keçirilir. Lakin CNN-in mənbələrinə görə, Çin tərəfi Trampın irəli sürdüyü şərtləri qəbul etməyi planlaşdırmır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".