
Trampdan GÖZLƏNİLMƏZ QƏRAR - Hörmüz boğazını həmişəlik açdığını ELAN ETDİ - FOTO
ABŞ Prezidenti Donald Tramp Çin və bütün dünya üçün Hörmüz boğazını həmişəlik açdığını elan edib.
ABŞ Prezidenti Donald Tramp Çin və bütün dünya üçün Hörmüz boğazını həmişəlik açdığını elan edib.
Gundem.today xəbər verir ki, Ağ Ev lideri müvafiq açıqlamanı "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
"Çin Hörmüz boğazını həmişəlik açdığıma görə çox məmnundur. Mən bu addımı həm onlar, həm də bütün qlobal dünya üçün atıram. Bu cür vəziyyət bir daha yaşanmayacaq. Onlar İrana silah göndərməmək barədə razılığa gəliblər. Prezident Si bir neçə həftə sonra ora çatanda məni bərk-bərk qucaqlayacaq. Biz birlikdə ağıllı və çox yaxşı işləyirik! Bu, döyüşməkdən daha yaxşı deyilmi? Amma unutmayın, biz döyüşməkdə çox yaxşıyıq, əgər lazımdırsa - hər kəsdən daha yaxşı", - deyə Ağ Ev lideri bildirib.
Qeyd edək ki, Tramp aprelin 12-də İranla mühüm razılaşmaların pozulmasının ardınca ABŞ-nin Hörmüz boğazını blokadaya aldığını demişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran generalından ABŞ və İsrailə çağırış: "Hərbi gücümüzü qəbul edin"
Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və İsrailin hökumət başçısı Benyamin Netanyahuya səslənərək, onları İran silahlı qüvvələrinin qüdrətini etiraf etməyə dəvət edib.
DünyaErmənistanda keşişlərin həbsxanaları ziyarət etmələri qadağan olundu
Ermənistan Ədliyyə Nazirliyi din xadimlərinə cəzaçəkmə müəssisələrini ziyarət etməyi qadağan edib.
DünyaTramp NATO-nun yardım təklifini rədd etdi
ABŞ Prezidenti Donald Tramp NATO-nun Hörmüz boğazındakı fəaliyyətlərdə Vaşinqtona dəstək təklifini rədd edib və alyansın faydalılığına şübhə ilə yanaşıb.
Dünyaİran Hörmüzdən hansı gəmilərin və necə keçə biləcəyini AÇIQLADI
"Hörmüz boğazının kommersiya gəmiləri üçün açılmasına baxmayaraq, istənilən ölkənin hərbi gəmilərinin keçidi hələ də qadağandır. Yalnız mülki gəmilər SEPAH-ın icazəsi və müəyyən edilmiş marşrutlarla keçə bilər".