
Trampdan Hörmüz boğazı ilə bağlı daha bir AÇIQLAMA - FOTO
"Hörmüz boğazı tamamilə açıqdır və keçidə hazırdır. Lakin dəniz blokadası yalnız İranla əməliyyatlarımız 100% başa çatana qədər tam gücdə və təsirdə qalacaq".
"Hörmüz boğazı tamamilə açıqdır və keçidə hazırdır. Lakin dəniz blokadası yalnız İranla əməliyyatlarımız 100% başa çatana qədər tam gücdə və təsirdə qalacaq".
Gundem.today xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp sosial şəbəkə hesabında yazıb.
"Bu proses çox sürətlə getməlidir, çünki əksər məsələlər artıq danışıqlar yolu ilə həll olunub", - deyə Tramp bildirib.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığına görə İrana təşəkkür edib.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ lideri sosial şəbəkə hesabında məlumat yayıb.
"İran bir az əvvəl İran boğazının tam açıq və keçid üçün tam hazır olduğunu elan edib. Təşəkkür edirik", - deyə ABŞ lideri bildirib.
Tramp paylaşımında Hörmüz boğazını "İran boğazı" kimi təqdim edib.
Qeyd edək ki, daha əvvəl xarici işlər naziri Abbas Əraqçı İranın Hörmüz boğazını açdığını bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp NATO-nun yardım təklifini rədd etdi
ABŞ Prezidenti Donald Tramp NATO-nun Hörmüz boğazındakı fəaliyyətlərdə Vaşinqtona dəstək təklifini rədd edib və alyansın faydalılığına şübhə ilə yanaşıb.
Dünyaİran Hörmüzdən hansı gəmilərin və necə keçə biləcəyini AÇIQLADI
"Hörmüz boğazının kommersiya gəmiləri üçün açılmasına baxmayaraq, istənilən ölkənin hərbi gəmilərinin keçidi hələ də qadağandır. Yalnız mülki gəmilər SEPAH-ın icazəsi və müəyyən edilmiş marşrutlarla keçə bilər".
DünyaTramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
"İsrail artıq Livanı bombalamayacaq".
DünyaƏrdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır"
"Qonşu Ermənistanla əlaqələrin müsbət məcraya yönəldilməsi məqsədilə müvafiq fəaliyyətlər həyata keçirilir".