
Trampın İran planları: Neftə nəzarət və uran ehtiyatlarını almaq üçün əməliyyat keçiriləcək?
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirməsini istəyir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirməsini istəyir.
Gundem.today-ın xəbərinə görə, Ağ Ev lideri bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.
O, İran haqqında danışarkən qeyd edib ki, burada nefti ələ keçirməyə üstünlük verərdi:
"Düzünü desəm, ən çox İrandan nefti götürmək xoşuma gələrdi, amma ABŞ-dəki bəzi axmaq insanlar deyirlər ki, niyə belə edirsiniz? Amma onlar axmaq insanlardır".
Tramp həmçinin martın 26-da öz kabinetinin iclasında qeyd etmişdi ki, ABŞ tərəfindən İran neftinə nəzarətin ələ keçirilməsi, onun fikrincə, mümkün addımlardan biridir.
"Bu, variantdır", - deyə o, həmin gün bildirmişdi.
ABŞ lideri habelə İrandan zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması üçün hərbi əməliyyatın keçirilməsi ehtimalını da nəzərdən keçirir. Belə bir iddia ilə "The Wall Street Journal" qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, riskli və mürəkkəb bir missiya olacaq bu əməliyyat reallaşacağı halda, ABŞ quru qoşunlarının bir neçə gün ərzində ölkəyə müdaxiləsini nəzərdə tutacaq.
Qəzet bildirir ki, Tramp ümumilikdə belə bir əməliyyatın keçirilməsi ideyasına açıqdır, lakin ABŞ qoşunlarının məruz qalacağı təhlükələrin səviyyəsini qiymətləndirir. ABŞ lideri hələlik yekun qərar verməyib.
Bundan əlavə, nəşrin yazdığına görə, Donald Tramp müşavirlərinə göstəriş verib ki, münaqişəyə son qoyulması şərtlərindən biri olaraq İrana təxminən 1 000 funt (təxminən 450 kq) zənginləşdirilmiş uranı könüllü olaraq təhvil verməsi üçün təzyiq edilsin.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.