Son dəqiqə
Sadio Mane Türkiyə yolunda: İki Superliqa klubu ulduz futbolçu üçün hərəkətə keçdiXərçəngin müalicəsində doğru bilinən yanlışlar: Ölümcül xəstəlikdən necə qurtulmaq olar? - VİDEO"İnter"in müdafiəçisi "Barselona"nın təklifini rədd etdi - FOTOKeşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTOBakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU"Mançester Yunayted"də 100 milyon avroluq "təmizlik": Beş futbolçu ilə yollar ayrılır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Trampın NATO-dan çıxma hədəsi: Senat maneəsi və beş mümkün ssenari
Trampın NATO-dan çıxma hədəsi: Senat maneəsi və beş mümkün ssenari
Dünya

Trampın NATO-dan çıxma hədəsi: Senat maneəsi və beş mümkün ssenari

Bu gün
11:53
0 baxış
Paylaş:

NATO-dan çıxma prosesinə başlamaq üçün Tramp əvvəlcə Senatın üçdəikisinin təsdiqini almalıdır. Hazırda o buna yaxın deyil. Üstəlik, onun NATO-dan çıxmaq ideyası, hətta Respublikaçılar Partiyasının Senat fraksiyası tərəfindən də alqışlanmır.

NATO-dan çıxma prosesinə başlamaq üçün Tramp əvvəlcə Senatın üçdəikisinin təsdiqini almalıdır. Hazırda o buna yaxın deyil. Üstəlik, onun NATO-dan çıxmaq ideyası, hətta Respublikaçılar Partiyasının Senat fraksiyası tərəfindən də alqışlanmır.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, Yaxın Şərqdə gərginlik, İrana qarşı ABŞ və İsrailin hücumu NATO ilə Vaşinqton arasındakı ziddiyyətləri pik həddə çatdırıb. Ağ Evin rəhbəri Donald Tramp alyans üzvlərini ona lazımı dəstək verməməkdə ittiham edib, NATO-nu ciddi şəkildə zəifləmiş və Birləşmiş Ştatların son dərəcə etibarsız tərəfdaşı adlandırıb. Bu azmış kimi, o, ABŞ-ni NATO-dan çıxaracağı ilə hədələyib. Hesab edilir ki, Tramp İkinci Dünya müharibəsindən sonra qurulmuş qlobal təhlükəsizlik sisteminin əsas faktorlarından birini sarsıtmaq xəttini götürüb.

Trampın NATO antipatiyası

Yeri gəlmişkən, NATO-nu günahlandırmaq hazırkı Ağ Ev rəhbərinin uzun müddətdir davam edən vərdişidir. İlk səlahiyyət müddətində də Tramp müdafiə xərclərini artırmağı tələb etməklə Avropa liderlərini təhdid etmişdi. Nəticədə o buna nail oldu. Tramp ilk dəfə 2017-ci ildə NATO-nu islahatlara ehtiyacı olan "köhnəlmiş" təşkilat kimi təsvir edib. Elə həmin il əvvəlcə mediada, sonra isə rəsmilərin açıqlamalarında onun alyansı məhv etmək üçün çalışdığı barədə fərziyyələr ortaya çıxdı. İndi Tramp eyni şey barədə açıq danışıb. Son bir neçə gün ərzində o və komandası dəfələrlə ABŞ-nin hərbi blokdan çıxma ehtimalının ciddi şəkildə nəzərdən keçirildiyini təkrarlayıblar. ABŞ lideri əlavə edib ki, heç vaxt NATO-nu dəstəkləməyə meyilli olmayıb: "Mən həmişə bilirdim ki, NATO sadəcə kağız pələngdir".

Tramp hazırda NATO-nun Yaxın Şərqdə hərbi əməliyyatlara dəstəyinin olmamasından narazıdır. İspaniya, Böyük Britaniya və Fransa hökumətləri ABŞ-yə İrana qarşı əməliyyatlar aparmaq üçün hərbi bazalarından və hava məkanlarından istifadə etməsinə icazə verməkdən imtina ediblər.

ABŞ prezidentini ciddiyə almırlar

Bəs Trampın bəyanatı Avropada necə qarşılanıb? Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ prezidentinin təhdidləri ilə bağlı narahatlığını bildirib. O qeyd edib ki, NATO-da "heç kim amerikalıları əvəz edə bilməz". Dövlət liderləri isə ABŞ prezidentinə daha ehtiyatla cavab veriblər. Trampın hərəkətlərini tez-tez tənqid edən Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ liderinə zəng etdiyini və onunla "konstruktiv söhbət" apardığını söyləyib. Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin NATO-dan çıxması ilə bağlı "çox danışıq" olmasından şikayətlənib. "Bir ittifaqa qoşulduğunuz zaman öhdəliklərinizi yerinə yetirirsiniz; onları hər səhər nəzərdən keçirmirsiniz, bunu edəcəyinizi və ya etməyəcəyinizi demirsiniz", - deyə Makron bildirib.

ABŞ-nin NATO-dan çıxması realdırmı?

Yeri gəlmişkən, hərbi blokdan çıxma prosesinə başlamaq üçün Tramp əvvəlcə Senatın üçdəikisinin təsdiqini almalıdır. Hazırda o buna yaxın deyil. Üstəlik, NATO-dan çıxmaq ideyası, hətta Respublikaçılar Partiyasının Senat fraksiyası tərəfindən də ciddi etirazla qarşılanıb. Məsələn, Konnektikutdan olan respublikaçı senator Kris Kuns və Kentukki senatoru Miç Makkonnell birgə bəyanat yayıblar. Bəyanatda Senatın Müdafiə komitəsinin ABŞ-nin NATO-dan çıxmasına yönəlmiş hər hansı addıma qarşı çıxacağı barədə xəbərdarlıq edilib.

NATO-nu dağıtmaq üçün 5 ssenari

Bəs ABŞ prezidentinin hansı variantları var?

Birinci ssenariyə görə Tramp NATO-nun ünvanına hədələri, tənqidləri gücləndirəcək. İkinci ssenari əngəl yaratmaqdır. Tramp xüsusi səy göstərmədən NATO müttəfiqlərinin durumlarını çətinləşdirə bilər. Müəyyən mənada bu, artıq baş verir. Üçüncü ssenari - ABŞ qoşunlarının Avropadan çıxarılmasıdır. Hazırda Köhnə Dünyada 31 daimi bazada və 19 hərbi obyektdə 67 500-dən 85 minə qədər ABŞ hərbi qulluqçusu yerləşdirilib. Burada Trampın manevr imkanları məhduddur: 2025-ci il qanununa əsasən, o, Avropada 76 min hərbi qulluqçu saxlamalıdır.

Kral Birləşmiş Müdafiə Tədqiqatları İnstitutunun baş müdafiə eksperti və keçmiş NATO rəsmisi Ed Arnoldun sözlərinə görə, əgər Tramp qanunla nəzərdə tutulan maksimum 9 min əsgəri Avropadan çıxarsa, bu, Şimali Atlantika alyansına "hiss olunan" zərər vuracaq, lakin fəlakət olmayacaq. Avropa müttəfiqləri ABŞ əsgərlərini əvəz edə bilər. Lakin Arnold bu ehtimalı yetərsiz sayır. Çünki Tramp Avropada hərbi texnika və şəxsi heyətin mövcudluğunu qorumaqda maraqlıdır ki, lazım gəldikdə onları münaqişə olacağı təqdirdə tez bir zamanda yerləşdirmək imkanı olsun.

Dördüncü ssenari ABŞ-nin NATO-dan "yumşaq" çıxışıdır. Tramp rəsmi tərk etmə qərarı olmadan da alyansı diz çökdürə bilər. Sonuncu, beşinci ssenari alyansdan "sərt" çıxışdır. NATO-dan rəsmi çıxış üçün mürəkkəb hüquqi maneələri dəf etmək lazımdır: texniki olaraq Tramp Senatın üçdəikisinin dəstəyini almalı, bundan sonra alyansın təsis müqaviləsinin 13-cü maddəsinin icrasına keçməlidir. Bu proses isə bütöv bir il çəkəcək.

ABŞ prezidenti beynəlxalq müqavilələrdən birtərəfli qaydada

#Dünya#Donald_Tramp#ABŞ_siyasəti#NATO-dan_çıxma#Şimali_Atlantika_Alyansı#ABŞ_Senatı#Yaxın_Şərq_böhranı#Avropa_müttəfiqləri#hərbi_qoşunlar#beynəlxalq_təhlükəsizlik_sistemi.

Oxşar Xəbərlər

İranla danışıqlarının baş tutmasında Vensin hansı rolu olub? - VİDEODünya

İranla danışıqlarının baş tutmasında Vensin hansı rolu olub? - VİDEO

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin İran tərəfi ilə İslamabad şəhərindəki müzakirələrin baş tutmasında xüsusi xidməti olub.

Bu gün
13:221
İranın yeni Ali Lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı yeni detallar məlum olduDünya

İranın yeni Ali Lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı yeni detallar məlum oldu

İranın yeni Ali Lideri Müctəba Xamenei müharibənin ilk günlərində atasının həlak olduğu hava zərbəsi nəticəsində aldığı ağır üz və ayaq yaralarından hələ də müalicə olunur.

Bu gün
12:371
İstanbulda İsrail konsulluğu qarşısında terror cəhdinə görə daha 17 nəfər tutulduDünya

İstanbulda İsrail konsulluğu qarşısında terror cəhdinə görə daha 17 nəfər tutuldu

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İsrail baş konsulluğunun qarşısında xüsusi təyinatlı polis qüvvələrinə hücum edən terrorçularla əlaqədə şübhəli bilinən 17 nəfəri saxlayıb.

Bu gün
12:260
İran parlamenti spikerindən ABŞ-yə xəbərdarlıq: "Danışıqlar şouya çevrilməməlidir"Dünya

İran parlamenti spikerindən ABŞ-yə xəbərdarlıq: "Danışıqlar şouya çevrilməməlidir"

"Əgər Amerika Birləşmiş Ştatlarının diplomatları İranla ortaq məxrəcə gəlmək niyyətindədirlərsə, Pakistanda baş tutan görüşləri bir şou və manipulyasiya aləti olaraq dəyərləndirməməlidirlər."

Bu gün
11:311