
İranla danışıqlarının baş tutmasında Vensin hansı rolu olub? - VİDEO
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin İran tərəfi ilə İslamabad şəhərindəki müzakirələrin baş tutmasında xüsusi xidməti olub.
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin İran tərəfi ilə İslamabad şəhərindəki müzakirələrin baş tutmasında xüsusi xidməti olub.
Gundem.today xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı paylaşıb.
Telekanalın Pakistanın ali rütbəli rəsmisinə istinadla verdiyi məlumata əsasən, Birləşmiş Ştatların vitse-prezidenti İslamabadda yaxın saatlarda start götürəcəyi gözlənilən dialoqun qurulmasında həlledici fiqur kimi çıxış edib.
Mənbənin sözlərinə görə, atəşkəs razılaşmasının əldə edilməsi istiqamətində təmaslar bir neçə gün davam edə bilər. Pakistanın dövlət rəsmiləri bu hədəfə çatmaq məqsədilə Vensi ölkə ərazisində əlavə müddətə saxlamağa nail olacaqlarını düşünürlər.
Bununla yanaşı, media orqanları İran nümayəndələrinin ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffa kifayət qədər güvənmədiklərini iddia ediblər.
Qeyd edək ki, Uitkoff ABŞ ordusunun İrana zərbələri fonunda Tehranla keçirilən əvvəlki təmaslara başçılıq etmişdi.
Xatırladaq ki, bir qədər öncə ABŞ missiyasının İslamabada səfər etdiyi bildirilmişdi. Nümayəndə heyətinin tərkibində Venslə yanaşı, Uitkoff və ABŞ rəhbərinin kürəkəni Cared Kuşner də yer alırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampın etirazından sonra Britaniya Çaqos razılaşmasını dayandırır
ABŞ Prezidenti Donald Trampın sərt reaksiyasından sonra Böyük Britaniya rəhbərliyi 2026-cı ildə Hind okeanında yerləşən Çaqos arxipelaqının Mavriki dövlətinə təhvil verilməsini nəzərdə tutan müqaviləni parlamentin müzakirəsinə çıxarmayacaq.
DünyaRusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəf 175 hərbçini geri qaytardı
Rusiya və Ukrayna arasında "175/175" formatında əsir mübadiləsi baş tutub.
Dünya"Hizbullah" İsrail ordusunun mövqelərinə raket və dronlarla zərbə endirdi
"Hizbullah" qruplaşması İsrail ordusunun mövqelərinə qarşı əməliyyatları dayandırmır.
DünyaABŞ İran aktivlərinin dondurulması qərarını ləğv etməyə razılaşıb
ABŞ İran aktivlərinin dondurulması qərarını ləğv etməyə razılaşıb.