
"Trendyol Plus" Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol"un Azərbaycandakı müştəriləri artıq "Trendyol Plus" loyallıq proqramından istifadə edə bilirlər.
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol"un Azərbaycandakı müştəriləri artıq "Trendyol Plus" loyallıq proqramından istifadə edə bilirlər.
"Trendyol Plus" sayəsində istifadəçilər xüsusi kampaniyalar, əlavə imtiyazlar və daha əlverişli çatdırılma şərtlərinə çıxış imkanı əldə edərək rahat alış-veriş təcrübəsi qazanırlar.
Abunəlik Azərbaycanda ilk ay cəmi 1 AZN ödəniş tələb edən xüsusi promo təklif vasitəsilə aktivləşdirilir. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir.
"Trendyol Plus" istifadəçiləri hər ay 10 ödənişsiz çatdırılma imkanı ilə yanaşı, yalnız proqram üzvlərinə təqdim olunan eksklüziv endirimlərdən yararlana bilirlər.
"Trendyol Plus"a qoşulma prosesi olduqca sadədir. Xidmət "Trendyol" mobil tətbiqi və ya https://www.trendyol.com/ saytı üzərindən həyata keçirilir. İstifadəçilər sadəcə "Trendyol Plus" bölməsinə daxil olaraq bir neçə toxunuşla abunəliyi aktivləşdirə bilərlər.
"Trendyol" platforması istifadəçilərə yeddi milyondan çox məhsul təqdim edir və bütün kateqoriyalar üzrə geniş seçim imkanı yaradır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərFAB boyaları məktəblilərin gözü ilə
May ayının 6-da Xəzər Universiteti Dünya məktəbinin bir qrup şagirdi Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-pedaqoq Aybəniz Şahvəladovanın rəhbərliyi ilə FAB Şirkətlər Qrupunun qonağı olub. Budəfəki ekskursiya məktəblilərin FAB boyalarına həsr etdikləri rəsmlərin təqdimatı ilə yadda qalıb.
Digər"Dəli-Dolu təkliflər" ilə "Baku Electronics"də alış-verişin həyəcanlı dörd günü başlayır
8, 9, 10 və 11 may tarixlərində "Baku Electronics"də "Dəli-Dolu təkliflər" dalğası başlayır!
Digər"Invision Design Talks 2" Bakıda keçiriləcək: Dizaynın daxildən formalaşdırılması
May ayının 11-də Bakı Konqres Mərkəzində "Invision Design Talks 2" adlı tədbir keçiriləcək. Memarlıq və dizayn dünyasının aparıcı simalarını bir araya gətirən bu platforma, müasir yanaşmaların, innovativ ideyaların və gələcəyin dizayn trendlərinin müzakirəsi üçün xüsusi bir mühit yaradacaq.
Digər"Azercell" "GiqaAddım" ilə addımları internetə çevirir
Daha çox addımla, daha çox internet qazan!