Son dəqiqə
SEPAH: "BƏƏ İran vətəndaşlarının əmlaklarını müsadirə etməyə başlayıb"Zimbabvenin keçmiş prezidentinin oğlu oyuncaq tapançaya görə CAR-dan deportasiya edildiİrandan ABŞ-yə sərt xəbərdarlıq: Misli görünməmiş cavab olacaq"Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq - VİDEOİran parlamentinin sədri: "Tramp daxili ixtilafları qızışdıraraq İranı zəiflətməyə çalışır"Ukraynalı futbolçu Mudrik uzun müddətə diskvalifikasiya edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. "Tunel qırğını": 33 ildən sonra hadisə yerində qan ağlayan xatirələr - FOTO
"Tunel qırğını": 33 ildən sonra hadisə yerində qan ağlayan xatirələr - FOTO
Siyasət

"Tunel qırğını": 33 ildən sonra hadisə yerində qan ağlayan xatirələr - FOTO

31 mart 2026
19:06
2 baxış
Paylaş:

Erməni hərbçilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri 1993-cü il martın 31-də Kəlbəcər rayonunun "Tunel" adlanan ərazisində törədilən qətliamdır. Rayon ərazisini işğal edərkən tunelin qarşısında pusqu quran erməni hərbçiləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbaran edib, qadın, yaşlı, uşaq da daxil olmaqla, sakinləri qətlə yetiriblər. Sağ qalanlar isə girov götürülüb, uzun müddət dəhşətli işgənc

Erməni hərbçilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri 1993-cü il martın 31-də Kəlbəcər rayonunun "Tunel" adlanan ərazisində törədilən qətliamdır. Rayon ərazisini işğal edərkən tunelin qarşısında pusqu quran erməni hərbçiləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları gülləbaran edib, qadın, yaşlı, uşaq da daxil olmaqla, sakinləri qətlə yetiriblər. Sağ qalanlar isə girov götürülüb, uzun müddət dəhşətli işgəncələrə məruz qalıblar.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, 33 il əvvəl törədilən qırğının şahidləri, öldürülən şəxslərin yaxınları hadisə baş verən əraziyə gedərək qətlə yetirilən soydaşlarımızın xatirəsini anıb, ruhlarına dualar oxuyublar.

Hadisənin şahidi, Kəlbəcər rayonunun Günəşli kənd sakini Qoşqar Quluyev 33 il əvvəl baş verən dəhşəti xatırlayaraq deyir:

"1993-cü il martın 31-də kəndimizi tərk etməli olduq. Tuneli keçdikdən sonra meşədən, dağın döşündən bizi atəşə tutmağa başladılar. Qadınların, uşaqların qışqırtısından, ah-nalədən qulaq tutulurdu. Maşında olanlardan beş nəfəri orada öldü, qalanlar yaralandılar. Ermənilər bizi atəşə tutan vaxt 12 yaşlı Ramin Hüseynov özünü çaya atdı. O, çayboyu geri üzərək digər maşınların da gəlməsinin qarşısını aldı. Bizim avtomobil vurulan vaxt bizdən qabaqda bir "KamAZ"ı qumbaraatanla vurdular. Həmin "KamAZ"da 20-dən çox adam öldü. Həmin vaxt gələn "UAZ" markalı maşını da vurdular. Sağ qalanları, yaralıları girov götürdülər. Bizi əvvəlcə Xankəndiyə apardılar. Yaram sağalmamış məni Şuşa həbsxanasına apardılar. Orada bizi hər gün döyürdülər. Altı aydan sonra girovluqdan azad olundum".

Hadisə şahidi Bəxtiyar Quliyev isə bildirir ki, həmin gün yaşananlar onların həyatında silinməz izlər buraxıb: "Biz 1993-cü il martın 31-də kəndimizi tərk etmək məcburiyyətində qaldıq. QAZ-52 markalı avtomobillə tuneli keçdikdən sonra pusquda dayanan erməni hərbçilər yüksəklikdən bizi atəşə tutmağa başladılar. Ölənlər, yaralananlar oldu. Bizim ailədən səkkiz nəfər idik. Hamımız yaralanmışdıq. Sağ qalanları bir maşına yığıb Heyvalı kəndi istiqamətində apardılar. Orada mənim qardaşım İslam aldığı güllə yarasından dünyasını dəyişdi. 11 yaşlı bacım Şahnaz isə bizi gülləbaran etdikləri maşında qalmışdı. Ondan indiyə qədər heç bir xəbər yoxdur. Heyvalıda bizi gecə saat 2-yə qədər zirzəmidə saxladılar, sonra Xankəndiyə apardılar. Yaralılar Xankəndidə qaldı, yaralanmayanlar isə Şuşa türməsinə aparıldılar. Yeddi ay girovluqda işgəncələrə məruz qalandan sonra azad ola bildik".

Otuz üç il əvvəl qanlı hadisənin baş verdiyi əraziyə gələnlər illər əvvəl burada yaşanan dəhşətli anları xatırlayır, itirdikləri doğmalarını yad edirlər. Hadisə şahidləri və yaxınlarını itirənlər üçün bu ziyarət həm ağır bir kədər, həm də təsəllidir. Çünki 1993-cü ilin martında "Tunel" faciəsi zamanı qətlə yetirilənlərin qisası 44 günlük Vətən müharibəsində alındı. Bu gün Kəlbəcər azaddır, rayonun hər yerində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, bu torpaqlara həyat qayıdır. 33 il əvvəl faciə və qanlı hadisələrlə yadda qalan Azərbaycan tarixi bu gün Zəfər, quruculuq və Böyük Qayıdışla yenidən yazılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Sülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab - VİDEOSiyasət

Sülh və Yerablur arasında qalan Ermənistan: Koçaryana cavab - VİDEO

Ermənistanda parlament seçkisi ərəfəsində Paşinyanın başçılıq etdiyi sülh kursunun tərəfdarları ilə keçmişi ideallaşdırmağa və müharibəyə görə məsuliyyəti hazırkı hakimiyyətin üzərinə yıxmağa cəhd göstərən Koçaryanın başçılıq etdiyi revanşist qüvvələr arasında mübarizə güclənir.

Bu gün
19:520
Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur"Siyasət

Allahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın baş katibinə məktub göndərib.

Bu gün
19:080
Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTOSiyasət

Leyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəki şəhərinə səfər ediblər.

Bu gün
18:520
Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblərSiyasət

Azərbaycan və Ermənistan delimitasiya üzrə layihələri razılaşdırıb və mübadilə ediblər

Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib

Bu gün
18:080