Son dəqiqə
Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm""Mançester Siti" daha bir futbolçusu ilə yollarını ayırır - FOTOAvropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yaydılarAzərbaycanda gömrük orqanlarının vəzifələri artırılırGünəşdə güclü partlayış olubAzərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Ordu
  3. Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
Ordu

Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

Bu gün
18:12
0 baxış
Paylaş:

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.

Gundem.today xəbər verir ki, sözügüdən məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər.

Bildirilir ki, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Sənəddə vurğulanır ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi v. sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən - fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti vardır. Bu məsələnin həlli üçün qanunvericiliyə "Şəxsi jeton" anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Ordu#hərbi_qulluqçu#Milli_Məclis#Hərbi_xidmətə_çağırış#Həqiqi_hərbi_xidmətə_çağırış

Oxşar Xəbərlər

Azərbaycanın və Türkiyənin Quru Qoşunları komandanları görüşdülər - FOTOOrdu

Azərbaycanın və Türkiyənin Quru Qoşunları komandanları görüşdülər - FOTO

Aprelin 28-də Azərbaycanın müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu gün
17:280
Ölkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıbOrdu

Ölkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb.

Bu gün
20:080
Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədirOrdu

Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir

Aprelin 27-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu gün
18:560
Hərbi qulluqçularımız Türkiyəyə gediblərOrdu

Hərbi qulluqçularımız Türkiyəyə gediblər

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən "EFES - 2026" çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir.

Dünən
21:080