
Türkiyə Estoniyada silah zavodu inşa edəcək
Türkiyənin "Arca" hərbi sənaye müəssisəsi Estoniyada minaatan və artilleriya mərmiləri istehsalı üzrə yeni zavod inşa edəcək.
Türkiyənin "Arca" hərbi sənaye müəssisəsi Estoniyada minaatan və artilleriya mərmiləri istehsalı üzrə yeni zavod inşa edəcək.
Gundem.today xəbər verir ki, bu barədə Estoniya Müdafiə İnvestisiya Mərkəzi bildirib.
Xəbərə görə, rəsmi sənədin may ayının ilk günlərində Türkiyədə imzalanması nəzərdə tutulur.
Estoniyanın müdafiə naziri Hanno Pevkur qeyd edib ki, böyükçaplı mərmi istehsalı zavodunun qurulması Estoniyanın hərbi gücünün və sursat sənayesinin gələcək inkişafında önəmli mərhələdir.
Müəssisədə 155 millimetrlik artilleriya mərmilərinin, fərqli kalibrli minaatan sursatlarının və 122 millimetrlik raketlərin istehsalı nəzərdə tutulub. Türkiyə şirkətinin Estoniyada fəaliyyət göstərən törəmə müəssisəsi bu layihəyə 300 milyon avro həcmində investisiya yatıracaq. İstehsalat prosesinə 2028-ci ildə start verilməsi gözlənilir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Litva və Latviya Almaniyanın Düsseldorf şəhərində mərkəzləşən "Rheinmetall" hərbi sənaye nəhəngi ilə analoji razılaşmalar əldə ediblər. Lakin Estoniya alman şirkətinin təklifini qəbul etməyərək hərbi zavodun inşası üçün açıq tender həyata keçirib. H.Pevkurun daha öncəki bəyanatlarına əsasən, "Rheinmetall" bu tenderə qatılmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Meta" işçilərinin fəaliyyətini izləyəcək
ABŞ-nin "Meta" şirkəti əməkdaşlarının xidməti kompüterlərində yeni nəzarət alətləri quraşdırmağı planlaşdırır. Bu sistem vasitəsilə klaviatura toxunuşları və kliklər qeydə alınacaq, həmçinin müntəzəm olaraq ekranın skrinşotları (ekran görüntüləri) çəkiləcək.
DünyaDənizlər miqrantlar üçün "qəbiristanlığa" çevrilib: Ötən il səkkiz minə yaxın insan həlak olub
2025-ci ildə qeyri-qanuni miqrasiya marşrutlarında 7 904 insan həlak olub və ya itkin düşüb.
DünyaAğ Ev: Tramp İrandan zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir
ABŞ Prezidenti Donald Tramp İran tərəfinə sazişlə bağlı təklifin təqdim olunması və atəşkəs rejiminin başa çatması üçün konkret vaxt çərçivəsi müəyyən etməyib.
DünyaÇində ürəyi 40 saatdan çox dayanan kişi sağ qalıb
Çində Çjeczyan Universitetinin həkimləri ürəyi faktiki olaraq 40 saatdan çox dayanmış pasiyenti xilas ediblər.