
Türkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrü şəhəri üzərindən də uçuşlara başlayacağını gözləyir.
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrü şəhəri üzərindən də uçuşlara başlayacağını gözləyir.
Gundem.today erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, hökumətin mətbuat konfransında bildirib.
Qeyd olunub ki, hökumət rəhbəri bu fikirləri iki dövlət arasında münasibətlərin normallaşdırılması prosesinin hazırkı gedişatı barədə verilən sualı cavablandırarkən səsləndirib.
Paşinyan qeyd edib ki, hazırda "Turkish Airlines" şirkəti İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslərini bu ilin mart ayından etibarən artıq bərpa edib. Qeyd olunub ki, indi Paşinyan yaxın vaxtlarda Gümrü vasitəsilə də uçuşların həyata keçiriləcəyinə ümid edir.
Sərhədlərin açılması perspektivlərinə də toxunan baş nazir vurğulayıb ki, əsas sual sərhədin açılıb-açılmayacağı ilə deyil, bu prosesin konkret hansı müddətdə baş tutacağı ilə bağlıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİran Azərbaycana təşəkkür edib
"İran regiondakı bütün dostlarına, o cümlədən Azərbaycana minnətdardır".
SiyasətCeyhun Bayramov NATO rəsmisi ilə görüşüb - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Kevin Hamilton ilə görüşüb.
SiyasətElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"
"Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol oynamağa başlayır".
SiyasətPrezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏR
Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edib.