
Türkiyə millisinin dünya çempionatındakı OYUN TƏQVİMİ
Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin həlledici final mərhələsi sona çatıb.
Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin həlledici final mərhələsi sona çatıb.
Gundem.today xəbər verir ki, həlledici matçda Kosovonu 0:1 hesabı ilə məğlub edərək 24 illik fasilədən sonra dünya çempionatında iştirak hüququ əldə edən Türkiyə millisinin oyun təqvimi artıq məlumdur.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın final mərhələsində Türkiyə millisi D qrupunda yer alacaq. Komandanın bu qrupdakı rəqibləri ABŞ, Paraqvay və Avstraliya milliləri olacaq.
Türkiyə yığmasının komanda ilk matçına iyunun 14-də (Bakı vaxtı ilə saat 08:00) Vankuverdə Avstraliyaya qarşı çıxacaq. İkinci qarşılaşma iyunun 20-də (Bakı vaxtı ilə saat 08:00) San-Fransiskoda Paraqvay seçməsi ilə olacaq. "Ay-ulduzlular" qrup mərhələsindəki son sınağını isə iyunun 26-da (Bakı vaxtı ilə saat 06:00) Los-Ancelesdə meydan sahibi ABŞ millisinə qarşı keçirəcək.
14 iyun, Bakı vaxtı ilə saat 08:00
Avstraliya - Türkiyə
(Vankuver, Kanada)
20 iyun, Bakı vaxtı ilə saat 08:00
Türkiyə - Paraqvay
(San-Fransisko, ABŞ)
26 iyun, Bakı vaxtı ilə saat 06:00
Türkiyə - ABŞ
(Los-Anceles, ABŞ)
Məlumat üçün qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək davam edəcək DÇ-2026-da ümumilikdə 48 ölkənin milli komandası kubok uğrunda mübarizə aparacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
İdman"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
İdmanBrunu Fernandeş İngiltərədə ayın futbolçusu seçildi
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.
İdman"Neftçi"də ciddi itki
"Neftçi"nin kapitanı zədələnib.