
Türkiyə Montrö Konvensiyasının tətbiqində güzəştə getməyəcək
"Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsi tədbirləri çərçivəsində boğazlara dair Montrö Konvensiyasının tətbiqi məsələsində heç bir güzəştə getməyəcək".
"Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsi tədbirləri çərçivəsində boğazlara dair Montrö Konvensiyasının tətbiqi məsələsində heç bir güzəştə getməyəcək".
Gundem.today xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin nümayəndəsi Tuğamiral Zeki Aktürk Ankarada jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Türkiyənin Qara dəniz üçün fundamental strategiyası regional məsuliyyət prinsipi ilə Montrö Konvensiyası arasında heç bir güzəştə gedə bilməyəcəyini nəzərdə tutur. Türkiyənin Qara dənizdəki təhlükəsizlik anlayışı konvensiyanın təmin etdiyi tarazlıq və sabitliyin qorunub saxlanılmasına, eləcə də Qara dənizə çıxışı olan ölkələrin aparıcı roluna əsaslanır. Bu yanaşma sayəsində də Qara dəniz bu gün genişmiqyaslı münaqişə zonasına çevrilməyib" , - deyə nazirliyin nümayəndəsi qeyd edib.
Müdafiə Nazirliyinin rəsmisi xatırladıb ki, Ukrayna böhranı başlayandan bəri Türkiyə münaqişənin dəniz akvatoriyasına yayılmasının qarşısını almaq məqsədilə konvensiyanın müddəalarını qətiyyətlə tətbiq edib:
"Qara dənizdə artan geosiyasi rəqabətə və təhlükəsizlik risklərinə baxmayaraq, ölkəmiz regionda sabitliyin qorunması, gərginliyin artmasının qarşısının alınması və təhlükəsizliyin ilk növbədə sahilyanı dövlətlərin gücü ilə təmin edilməsi məsələlərində öz mövqeyinə sadiq qalır. Bununla əlaqədar olaraq Türkiyə Qara dənizin rəqabət meydanına çevrilməsinin qarşısını almaq üçün təşəbbüslərini davam etdirir və regional təhlükəsizlik arxitekturasının qorunub saxlanılmasında fəal rol oynayır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".