
Uçan nəhəng: Çin dronu texnologiyada inqilab etdi - VİDEO
Çin Xalq Respublikasında (ÇXR) "Changying-8" adlı ağır pilotsuz nəqliyyat aparatının ilk nümayiş uçuşu martın 31-də müvəffəqiyyətlə həyata keçirilib.
Çin Xalq Respublikasında (ÇXR) "Changying-8" adlı ağır pilotsuz nəqliyyat aparatının ilk nümayiş uçuşu martın 31-də müvəffəqiyyətlə həyata keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə məlumat Çin Mərkəzi Televiziyası yayımlayıb.
Xəbərə əsasən, sözügedən aparat hazırda qlobal miqyasda ən iri pilotsuz yük təyyarələrindən biri hesab olunur. Dronun ilk uçuşu Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərinin hava limanından baş tutub.
Uçuş-enmə zolağı boyu sürət yığan "Changying-8" səmada 280 metr hündürlüyə pərvaz edib. Uçuş zamanı aparatın yanacaq sistemi, elektronika və intellektual idarəetmə kimi bütün mühüm parametrləri sınaqlardan tam uğurla çıxıb.
Təqribən yarım saat davam edən sınaqdan sonra pilotsuz aparat rəvan şəkildə yerə enib. Mütəxəssislərin qənaətinə görə, bu hadisə Çinin yedditonluq intellektual nəqliyyat dronları texnologiyasında atdığı əhəmiyyətli bir addımdır.
Qeyd edək ki, "Changying-8" modelinin maksimal yükdaşıma tutumu 3.5 tona bərabərdir. Aparatın havalanması üçün 500 metrdən uzun olmayan zolaq kifayət edir və eniş sahəsinə tələblər olduqca sadədir. Bu xüsusiyyətlər dronu mürəkkəb coğrafi relyeflərdə, o cümlədən yüksək dağlıq ərazilərdə və adalarda istifadə üçün ideal vasitəyə çevirir. Pilotsuz təyyarə bir uçuşla 3 000 kilometrədək məsafə qət etmək imkanına malikdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail ordusu HƏMAS-ın hərbi kəşfiyyat rəisini məhv edib - FOTO - VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın hərbi kəşfiyyat qərargahının əməliyyat şöbəsinin rəhbərini zərərsizləşdirib.
DünyaBəzi müəllimlərin aylıq maaşında artım olacaq: Kimlərə şamil ediləcək? - VİDEO
Baku TV-nin "24 SAAT" verilişinin yeni buraxılışı yayımlanıb.
DünyaTrampın atmacasına Kraldan möhtəşəm cavab - VİDEO
Böyük Britaniya monarxı III Çarlz Amerika Birləşmiş Ştatlarının Konqresində məruzə ilə çıxış edərək, Şimali Atlantika Alyansında (NATO) həmrəyliyin vacibliyini vurğulayıb və Ukrayna məsələsində "sarsılmaz qətiyyət" nümayiş etdirməyə səsləyib.
Dünya"He-Man" personajının yaradıcısı Rocer Svit vəfat edib
ABŞ-li oyuncaq dizayneri və "He-Man və Kainatın hökmdarları" cizgi serialının məşhur personajı "He-Man"ın ortaq yaradıcısı Rocer Svit həyatının 92-ci ilində dünyasını dəyişib.