
Ufada neft emalı zavoduna dron hücumu olub - VİDEO
Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada yerləşən "Başneft-Novoil" neft emalı zavoduna dron hücumu edilib.
Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada yerləşən "Başneft-Novoil" neft emalı zavoduna dron hücumu edilib.
Oxu. Az xəbər verir ki, bu barədə Unn.ua saytı məlumat verib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Başqırdıstan rəhbəri Radi Xabirov özünün "Telegram" kanalında da baş verən hadisəni təsdiqləyib. Onun sözlərinə görə, neft emalı zavoduna yaxınlaşan bir neçə pilotsuz uçuş aparatı məhv edilib. PUA-lardan birinin qalıqları sənaye zonasına düşüb və nəticədə yanğın baş verib.
"Ufaya dron hücumu olub. Neft emalı zavoduna yaxınlaşarkən bir neçə dron vurulub, birinin qalıqları sənaye zonasına düşüb. Xəsarət alan olmayıb. Yanğınsöndürənlər hazırda neft emalı zavodundakı yanğını söndürürlər", - deyə o bildirib.
Radi Xabirov bundan başqa Ufada yaşayış binasına da dron hücumu olduğunu da bildirib. Onun sözlərinə görə hadisə nəticəsində bir neçə mənzilə də ziyan dəyib.
"Daha bir dron Qafuri küçəsindəki yaşayış binasına dəydi. Bütün təcili yardım xidmətləri hadisə yerindədir və yanğın söndürülüb. Ölən və ya yaralanan yoxdur", - deyə o yazıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".