
Ukrayna Rusiyaya məxsus iki neft tankerini vurub - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Müdafiə Qüvvələri Novorossiysk limanı akvatoriyasında Rusiyaya məxsus iki neft tankerini vurub.
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Müdafiə Qüvvələri Novorossiysk limanı akvatoriyasında Rusiyaya məxsus iki neft tankerini vurub.
Gundem.today xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, həmin gəmilər neft daşınmasında aktiv istifadə edilib.
"Döyüşçülərimiz Rusiyanın kölgə neft donanmasına qarşı sanksiyaların tətbiqini davam etdirirlər - Novorossiysk limanının giriş akvatoriyasında bu növ iki gəmi vurulub", - deyə prezident bildirib.
Zelenski əlavə edib ki, Ukraynanın uzaqmənzilli silah imkanları dənizdə, səmada və quruda hərtərəfli inkişaf etdiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSEPAH ABŞ-yə ultimatum verdi
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq Vaşinqtonun çıxılmaz vəziyyətdə olduğunu iddia edib.
DünyaHindistanda zənciri qopan fil mərasim zamanı dəhşət saçdı: Ölən var - VİDEO
Hindistanın Kerala ştatında Mahavişnu hindu məbədində keçirilən xeyir-dua mərasiminə gətirilən fil zəncirdən qoparaq talan törədib.
Dünyaİranda etiraz aksiyalarının iştirakçısı edam edildi
Bu gün İranda "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə edam edilib.
DünyaÇexiyada Ermənistan səfirinin seyfi oğurlanıb
Naməlum şəxslər Ermənistanın Çexiyadakı səfirliyinin Praqa şəhərində yerləşən binasından səfirə məxsus seyfi oğurlayıblar.