
Ürək xəstəliyi riskini ikiqat artıran vərdiş açıqlandı
Nizamsız yuxu saatları ciddi ürək-damar xəstəlikləri riskini iki dəfə artıra bilər. Bu nəticəyə Finlandiyanın Oulu Universitetinin alimləri gəliblər.
Nizamsız yuxu saatları ciddi ürək-damar xəstəlikləri riskini iki dəfə artıra bilər. Bu nəticəyə Finlandiyanın Oulu Universitetinin alimləri gəliblər.
Gundem.today xəbər verir ki, tədqiqatın nəticələri "BMC Cardiovascular Disorders" jurnalında dərc olunub.
Araşdırmada Finlandiyada doğulmuş 3 231 nəfər iştirak edib. İştirakçıların orta yaşı 46 olub. Onlar bir həftə ərzində yuxu rejimini və yataqda keçirdikləri vaxtı qeydə alan akselerometrlərdən istifadə ediblər. Bundan sonra alimlər onların sağlamlıq vəziyyətini 10 ildən çox müddətdə tibbi registrlər vasitəsilə izləyiblər.
Nəticələr göstərib ki, müxtəlif vaxtlarda yatan və eyni zamanda gündə səkkiz saatdan az yatan insanlarda ciddi ürək-damar xəstəliklərinin riski iki dəfə artır. Bu xəstəliklərə infarkt və insult daxildir.
Alimlər vurğulayırlar ki, yuxu rejimi gündəlik həyat ritmini əks etdirir və onun sabitliyi ürək sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıQvatemalada iki min il əvvələ aid yaşayış məskəni tapılıb
Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun arxeoloqları Atitlan gölünün dibində batmış maya yaşayış məntəqəsinin mövcudluğunu təsdiqləyiblər. Su altında meydanlar, evlərin bünövrələri və daş abidələr aşkar edilib.
MaraqlıŞampun saç tökülməsinə səbəb olur? - Mütəxəssisdən açıqlama
"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil".
MaraqlıMütəxəssis xəbərdarlıq edir: Yaz allergiyası təhlükəlidir
Yaz mövsümündə ağac tozlarının artması xüsusilə allergiyaya meyilli uşaqlarda asqırma, burun və göz qaşınması, öskürək kimi şikayətləri artırır.
MaraqlıFransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb
Fransanın Marsel şəhərinin yaxınlığında təxminən 2 000 il yaşı olan antik yaşayış məskəninin ərazisində genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.