
Mütəxəssis xəbərdarlıq edir: Yaz allergiyası təhlükəlidir
Yaz mövsümündə ağac tozlarının artması xüsusilə allergiyaya meyilli uşaqlarda asqırma, burun və göz qaşınması, öskürək kimi şikayətləri artırır.
Yaz mövsümündə ağac tozlarının artması xüsusilə allergiyaya meyilli uşaqlarda asqırma, burun və göz qaşınması, öskürək kimi şikayətləri artırır.
Gundem.today xəbər verir ki, bu barədə uşaq xəstəlikləri üzrə türkiyəli mütəxəssis Eser Akkuş İHA-ya danışıb.
O bildirib ki, vaxtında tədbir görülməzsə, bahar allergiyası astma kimi ciddi xəstəliklərə səbəb ola bilər.
Onun sözlərinə görə, uşaqlarda ən çox ardıcıl asqırma, burun axması, gözlərin sulanması, quru öskürək, nəfəs darlığı və halsızlıq müşahidə olunur.
Mütəxəssis valideynlərə tozların çox olduğu saatlarda uşaqları çölə çıxarmamağı, evə qayıtdıqdan sonra geyimləri dəyişib üz və saçları yumağı, həmçinin vaxtında həkimə müraciət etməyi tövsiyə edib.
Qeyd olunub ki, sağlam qidalanma, xüsusilə "Omega-3", vitamin və probiotiklərlə zəngin qidalar allergiya əlamətlərini yüngülləşdirə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıQvatemalada iki min il əvvələ aid yaşayış məskəni tapılıb
Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun arxeoloqları Atitlan gölünün dibində batmış maya yaşayış məntəqəsinin mövcudluğunu təsdiqləyiblər. Su altında meydanlar, evlərin bünövrələri və daş abidələr aşkar edilib.
MaraqlıŞampun saç tökülməsinə səbəb olur? - Mütəxəssisdən açıqlama
"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil".
MaraqlıFransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb
Fransanın Marsel şəhərinin yaxınlığında təxminən 2 000 il yaşı olan antik yaşayış məskəninin ərazisində genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.
Maraqlı"Yeni Avaz 3" - 15 ilin Hitləri
Araz Radiosunun ənənəyə çevrilən və hər dəfə böyük maraqla qarşılanan layihəsi bu dəfə daha da fərqli formatda geri qayıdır. Bu möhtəşəm layihə Xəzər Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.