Son dəqiqə
Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilirTehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldüGürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinə başçılıq edəcəkABŞ-İsrail zərbələri nəticəsində ölənlərin sayı açıqlandıLamin Yamal azarkeşlərə müraciət etdiAzərbaycan BMT-nin barışıq sazişləri haqqında konvensiyasına qoşuldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Övladlarımızı "ögey ana"ya tapşırırıq?
Övladlarımızı "ögey ana"ya tapşırırıq?
Cəmiyyət

Övladlarımızı "ögey ana"ya tapşırırıq?

Bu gün
21:00
0 baxış
Paylaş:

Kubra Məhərrəmova yazır...

Kubra Məhərrəmova yazır...

Bizim nəsil bəlkə də utopik dünyada böyüyüb. Ona görə də 80-lərin uşaqları üçün bu gün yaşamaq çətindir.

Bizi kitablar, sağlam filmlər, əsl dostluğu, saf sevgini, sədaqəti təbliğ edən təsvirlər tərbiyə edirdi.

Əminəm ki, bəziləri bu cümləni oxuyandan sonra yazıdan çıxacaq.

Çünki dünyanın yeni trendləri bizə, cəmiyyətə, dünyanın özünə elə "dəyərləri" sırıyıb ki, əksəriyyət xeyirxahlığı axmaqlıq, sevgini zəiflik, dostluğu mənasız zaman itkisi kimi görür. Əxlaqsızlıq komplekssizlik, tərbiyəsizlik səmimilik, savadsızlıq sadəlik kimi dəyərləndirilir.

Bu yanlış dəyərlər dünyanı elə yerə gətirib ki, bir-birimizə düşmən kəsilmişik.

Bir evin içində yaşayanların çoxu belə bir-birinə düşmən kimi davranır.

Bəs bu sosial problemin kökündə nə durur? Bu qədər aqressiya, bu qədər nifrət haradan gəlir?

Diqqət etsəniz daha bir faktın varlığına varacaqsınız. Uşaqlar və yeniyetmələr artıq idarəolunmaz vəziyyətdədirlər. Onlar rahat və heç bir vicdan əzabı çəkmədən adam və ya adamları öldürə bilirlər. Kompüter oyunundakı kimi, missiya keçərək. Sadəcə silahın tətiyini çəkərək.

O yaşda biz çörək almağı özümüzə missiya bilirdik. Əgər iki məhəllə uzağa getmişdiksə, bu, əsl hadisə hesab olunurdu. Biz dünyanı az qala elə məhəlləmiz boyda bilirdik.

İndiki uşaqların gözünü sosial şəbəkələr açıb. İndi uşaqlar ekrana baxmaqla dünyanın hər yerindən xəbər tuta bilirlər. Kosmosdan çəkilən fotoları belə görürlər.

Amma bu "Pandora qutusu"nun içindən qorxulu şeylər də çıxır.

Xeyli sayda qadağan olunmuş 18+ videolar, qumar oyunları və onlayn kazinolar yeniyetmə və uşaqlar üçün əlçatan oldu. Aqressiya, zorakılığı təbliğ edən oyunlar və real videolar onlar üçün yol xəritəsinə çevrildi. Mafiya, kriminal obrazların sosial şəbəkələrdə ilahiləşdirilməsi, cinayətkarları milyonların kumirinə çevirdi. Bu, milyonların əksəriyyəti psixoloji durumu müəyyənləşməyən, hələ nə özünü, nə də başqasını dərk etməyən uşaq və yeniyetmələrdir.

Ara dildə desək, hələ başları ağıl tutmayıb. Elmi dildə desək, alın payı hələ formalaşmayıb. Alın payı nədir? Alın payı (lat. lobulus frontalis), baş beynin ön hissəsində yerləşən, şəxsiyyət, qərarvermə, mürəkkəb planlaşdırma, hərəkətli davranış və emosiyaların tənzimlənməsindən məsul olan ən böyük paydır. Yəni adam alın payı ilə qərar verir.

Ən maraqlı elmi fakt budur ki, alın payı tam olaraq 25-30 yaş arasında formalaşır! Alın payları mürəkkəb koqnitiv proseslərə - qərarvermə, planlaşdırma, davranışa nəzarət, iş yaddaşı və sosial norma anlayışına cavabdehdir.

İndi isə nəticə çıxarırıq, uşaq və yeniyetmələr hələ alın payı formalaşmadan sosial şəbəkələr vasitəsilə ən müxtəlif tətbiqlər vasitəsilə istənilən təsirə məruz qalırlar.

Dünyanın başbilənləri birdən ayılıblar ki, sən demə uşaqların və yeniyetmələrin psixi sağlamlığını qorumaq, kibertəhlükəsizlik və asılılığın qarşısını almaq üçün sosial media platformalarına girişlərini məhdudlaşdırmaq lazımdır.

Bəs bu platformaları yaradanda heç kim düşünmədi ki, burada hər növ adam olacaq?! Pedofili də, seksual manyakı da, oğrusu-qulduru da, cinsi istismara məruz qoymaq istəyəni də, insan və narkotik alver edəni də? Sosial şəbəkələr bu qəbildən insanlar üçün göydəndüşmə fürsətdir.

Məsələni ən tez qavrayan Avstraliyadır. 16 yaşdan kiçik uşaqların sosial mediaya girişi rəsmi olaraq qadağan elan edilib. Qanun 10 dekabr 2025-ci il tarixində qüvvəyə minib.

İndi deyəcəksiniz bəs cəzası nədir? Möhtəşəm sualdır. Cəzanı birbaşa qlobal şirkətlər çəkəcək.

Qaydaları pozan (16 yaşdan kiçiklərin hesablarını bağlamayan və ya yeni hesab açılmasına imkan verən) sosial media platformaları ("TikTok", "Facebook", "Instagram", "Snapchat", "X", "YouTube" və s.) 49.5 milyon Avstraliya dollarına (təxminən 32-33 milyon ABŞ dolları) qədər cərimə olunacaq.

İndi görüm hansı şirkət bu qədər pul itirmək istəyər?

İkinci yerdə İndoneziyadır. İndoneziya hökuməti 28 mart 2026-cı il tarixindən etibarən 16 yaşdan aşağı uşaqların sosial media platformalarına girişini qadağan edib.

Fransa parlamentinin aşağı palatası 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib. Qadağanın 1 sentyabr 2026-cı ildən etibarən tətbiqi planlaşdırılır.

Yunanıstan hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edəcəyini açıqlayıb. Qərarın 1 yanvar 2027-ci ildən qüvvəyə minəcəyi bildirilir.

Polşanın təhsil naziri 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edəcəklərini açıqlayıb.

Bizə mental, dini, tarixi düşüncəsi ilə ən yaxın olan ölkə Türkiyə də bu addımı atmağı planlaşdırır. Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi TBMM-də müzakirə olunur. Qaydalara əməl etməyən platformalara cərimələr nəzərdə tutulur. Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində məktəblərdə baş verən silahlı hücumlar hər birimizi sarsıtdı və bu nümunələrin artıq Azərbaycanda yaşandığını da görürük. Bıçaqlanma, müəllimə atəş açmaq, spirt töküb sinif yoldaşını yandırmaq, artıq

#Cəmiyyət#Kubra_Məhərrəmova#Sosial_şəbəkələr#Instagram_sosial_şəbəkəsi#Facebook#Fransa#Türkiyə#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Narkotik_vasitələrin_qanunsuz_dövriyyəsi#Azərbaycan_Respublikası#Silahlı_hücum#Kahramanmaraşda_Azərbaycan_məhəlləsi#Kibertəhlükəsizlik

Oxşar Xəbərlər

Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilirCəmiyyət

Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilir

Cinayət-Prosessual Məcəllənin cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair müddəalarında dəyişiklik ediləcək.

Bu gün
22:340
Bakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTOCəmiyyət

Bakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTO

Dənizkənarı Milli Park ərazisində ilk dəfə caz musiqisi ilə qastronomiyanı bir araya gətirən Caz və Şərab Festivalı təşkil olunur.

Bu gün
21:400
Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcəkCəmiyyət

Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək

Aprelin 28-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın 103 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Bu gün
21:280
Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilibCəmiyyət

Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib

Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.

Bu gün
20:420