Son dəqiqə
Heyvan bazarları ilə bağlı YENİ MƏHDUDİYYƏTLƏR - FOTOBöyük Britaniyada fövqəladə iclas keçiriləcəkMəzahir Pənahov yenidən MSK-nın SƏDRİ SEÇİLDİ - FOTO"Neftçi"də şok qərar: Abubakar gedir?Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilirMalidə matəm elan edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Vaşinqtonda atışma zamanı baş verən gülməli hadisə izləyicilərin marağına səbəb olub - VİDEO
Vaşinqtonda atışma zamanı baş verən gülməli hadisə izləyicilərin marağına səbəb olub - VİDEO
Dünya

Vaşinqtonda atışma zamanı baş verən gülməli hadisə izləyicilərin marağına səbəb olub - VİDEO

Bu gün
14:04
0 baxış
Paylaş:

Aprelin 25-də Vaşinqtonda baş tutan şam yeməyində atışma səslərindən sonra siyasətçilər və media nümayəndələri masaların altında gizlənməyə çalışarkən qonaqlar arasından bir nəfər əyləşərək salat yeməyə davam edib.

Aprelin 25-də Vaşinqtonda baş tutan şam yeməyində atışma səslərindən sonra siyasətçilər və media nümayəndələri masaların altında gizlənməyə çalışarkən qonaqlar arasından bir nəfər əyləşərək salat yeməyə davam edib.

Gundem.today-ın xəbərinə görə, sözügedən hadisə ilə bağlı "Daily Mail" nəşri məlumat paylaşıb.

Sosial şəbəkədə qısa müddətdə populyarlaşan kadrlarda Gizli Xidmət əməkdaşlarının ölkə başçısını və digər rəsmiləri ərazidən uzaqlaşdırmasına baxmayaraq, bir nəfərin tövrünü pozmadığı müşahidə olunub. Sonradan aydınlaşıb ki, bu şəxs tanınmış kreativ agentliyinin nümayəndəsi Maykl Qlantzdır. O, yaranmış vəziyyətdən qətiyyən qorxmadığını bildirib.

"Mənim əslim Nyu-York şəhərindəndir, orada daim sirenlər və səs-küy içindəyik, buna görə də hadisə məni çox da təşvişə salmadı", - deyə o, vəziyyəti aydınlaşdırıb.

Eyni zamanda, dediyini görə, bel nahiyəsindəki ağrılar, yerə əyilməkdə çətinlik çəkməsi və döşəməni xoşlamaması kimi amillər də rol oynasa da, əsas səbəb məhz qida olub. Maykl Qlantzın bildirdiyinə görə, yediyi salatın içərisində xüsusilə bəyəndiyi burrata pendiri varmış.

Xatırladaq ki, şənbə günü "Vaşinqton Hilton" hotelində Donald Trampın da iştirak etdiyi şam yeməyi zamanı silahlı insident qeydə alınıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Kaliforniyadan olan 31 yaşlı müəllim Koul Allen olduğu təsdiqlənib. Saxlanıldıqdan dərhal sonra o, polisə Tramp administrasiyası nümayəndələrini hədəf almaq istədiyini söyləyib. Hadisə zamanı xəsarət alan olmayıb və atəş açan şəxs qısa zamanda zərərsizləşdirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Vaşinqton#Donald_Tramp#Sosial_şəbəkələr

Oxşar Xəbərlər

Böyük Britaniyada fövqəladə iclas keçiriləcəkDünya

Böyük Britaniyada fövqəladə iclas keçiriləcək

Böyük Britaniyanın Baş naziri Kir Starmer İrandakı müharibənin krallıqda yaratdığı iqtisadi təsirləri ilə bağlı aprelin 28-də "Kobra" fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.

Bu gün
16:240
Malidə matəm elan edildiDünya

Malidə matəm elan edildi

Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın terroristlərin hücumları nəticəsində həlak olmasından sonra ikigünlük matəm elan edib.

Bu gün
16:080
Tramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyirDünya

Tramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyir

Donald Tramp ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) xidmətinin adının daha "müsbət" səslənən adla dəyişdirilməsinə tərəfdar çıxıb.

Bu gün
15:520
Polşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu - FOTODünya

Polşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu - FOTO

Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.

Bu gün
15:440