Son dəqiqə
Heyvan bazarları ilə bağlı YENİ MƏHDUDİYYƏTLƏR - FOTOBöyük Britaniyada fövqəladə iclas keçiriləcəkMəzahir Pənahov yenidən MSK-nın SƏDRİ SEÇİLDİ - FOTO"Neftçi"də şok qərar: Abubakar gedir?Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilirMalidə matəm elan edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub - FOTO
İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub - FOTO
İqtisadiyyat

İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub - FOTO

Bu gün
13:35
0 baxış
Paylaş:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib.

Gundem.today qurumun məlumatına istinadla xəbər verir ki, məqsəd rayonda sahibkarlığın inkişafına dair biznes subyektlərinin təklif və ehtiyaclarının öyrənilməsi, həmçinin dövlətin mövcud dəstək mexanizmləri barədə onların məlumatlandırılmasıdır.

Tədbirdə kənd təsərrüfatı, arıçılıq, ictimai iaşə, bağçılıq sahələrində fəaliyyət göstərən 70-ə yaxın biznes subyekti, eləcə də sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlığın inkişafı, dövlətin dəstək mexanizmləri və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, İsmayıllı rayonunda dağlıq və dağətəyi ərazilərin üstünlük təşkil etməsi kənd təsərrüfatı və turizm üçün əlverişli şərait yaradır. Bağçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, arıçılıq və tərəvəzçilik İsmayıllının iqtisadi profilini formalaşdıran aqrar sahələrdir. Emal yönümlü istehsal kənd təsərrüfatı məhsullarının ilkin və qismən dərin emalı üzərində formalaşıb, rayonda sənaye və ticarət sahələri də inkişaf edir.

Qeyd edilib ki, rayonun mövcud imkanlarından istifadə etməklə aqrar məhsulların toplanması, saxlanması, emalı və digər regionlara daşınması istiqamətində biznes təşəbbüslərinin inkişaf etdirilməsi, yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçün kiçik emal və xidmət təşəbbüslərinə üstünlük verilməsi, müasir texnologiyaların və səmərəli idarəetmə üsullarının tətbiqi ilə məhsuldarlığın artırılması, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və dövlətin mövcud dəstək mexanizmlərindən fəal istifadə sahibkarlıq fəaliyyətinin genişlənməsinə və yeni imkanların yaranmasına xidmət edəcək.

Görüşdə sahibkarların heyvandarlıq sahəsinin genişləndirilməsinə dəstək, güzəştli kreditlərin alınması, satınalma prosesində KOB-ların iştirakı, tikiş müəssisəsinə mütəxəssislərin cəlb edilməsinə dəstək və s. kimi istiqamətlərdə müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#sahibkarlıq#İsmayıllı#KOBİA#kənd_təsərrüfatı#güzəştli_kreditlər#biznes_subyektləri#aqrar_sahə#heyvandarlıq#dövlət_dəstəyi#kiçik_və_orta_biznes

Oxşar Xəbərlər

Ağdaşda sahibkarlarla görüş keçiriləcəkİqtisadiyyat

Ağdaşda sahibkarlarla görüş keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Ağdaş, Ucar və Göyçay rayonlarından olan sahibkarları qəbul edəcək.

Bu gün
15:240
SOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTOİqtisadiyyat

SOCAR-ın prezidenti "Ukrnafta"nın rəhbəri ilə görüşüb - FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretski ilə görüşüb.

Bu gün
14:000
Vüqar Gülməmmədov: "Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib"İqtisadiyyat

Vüqar Gülməmmədov: "Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib"

"Bəzi hallarda tikinti layihələrinin icrası prosesində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərdən qənaətlə və səmərəli istifadə prinsipi tam gözlənilməyib".

Bu gün
12:390
Büdcə vəsaitlərinin idarəedilməsi üzrə aşkarlanan nöqsanların sayı AÇIQLANDIİqtisadiyyat

Büdcə vəsaitlərinin idarəedilməsi üzrə aşkarlanan nöqsanların sayı AÇIQLANDI

36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb.

Bu gün
12:340