
Xərçəng xəstəliyinə səbəb ola biləcək iki qida məhsulu
Kardioloq Aurelio Roxas xərçəng və bir çox digər ciddi xəstəliklərin yaranmasına səbəb ola biləcək iki qida məhsulunu açıqlayıb.
Kardioloq Aurelio Roxas xərçəng və bir çox digər ciddi xəstəliklərin yaranmasına səbəb ola biləcək iki qida məhsulunu açıqlayıb.
Gundem.today "El Confidencial" nəşrinə istinadən xəbər verir ki, həkim süd vəzisi, yoğun bağırsaq, mədə, mədəaltı vəzi, endometriya və prostat vəzi xərçəngi olan pasiyentlərin qanında adətən yüksək səviyyədə insulin aşkar edildiyini bildirib.
Aurelio Roxasın sözlərinə görə, insulin şiş hüceyrələrinin böyüməsini və çoxalmasını stimullaşdıran, eyni zamanda onların məhv olmasının qarşısını alan bir növ "gübrə" rolunu oynayır:
"Qanda insulin səviyyəsinin yüksək olması (hiperinsulinemiya) orqanizm üçün ciddi təhlükədir. Bu vəziyyətə əsas səbəb olan iki qida məhsulu isə şəkər və rafinə edilmiş buğda unudur".
Həkim qeyd edib ki, bu qidaların həddindən artıq istehlakı yalnız onkoloji problemlərlə məhdudlaşmır. Belə ki, şəkər və rafinə edilmiş un məmulatları qanda insulin səviyyəsinin qeyri-mütənasib şəkildə kəskin artmasına səbəb olur ki, bu da infarkt, insult və digər ürək-damar xəstəliklərinin yaranma riskini dəfələrlə artırır.
Mütəxəssis bu xəstəliklərdən qorunmaq üçün qeyd olunan qidaların rasiondan çıxarılmasını və ya minimuma endirilməsini tövsiyə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".