Son dəqiqə
Elçin Əmirbəyov Jiri Brodski ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib"Bir neçə dəfə gedib-gələndən sonra avtomobili təmir etdirməli olursan" - Şəmkir sakinləri yararsız yoldan ŞİKAYƏT EDİRLƏR - VİDEOABŞ "Kataib Hizbullah" təşkilatının baş katibi barədə məlumata görə 10 milyon dollar mükafat təklif edibSamir Oruc vəzifəsindən AYRILDIMüşfiq Məmmədli: "TƏBİB-dəki yeni təyinat səhiyyə islahatlarının məntiqi davamıdır"Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Xəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən açıqlama - FOTO
Xəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən açıqlama - FOTO
Cəmiyyət

Xəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən açıqlama - FOTO

Bu gün
16:08
0 baxış
Paylaş:

Son günlər Xəzər dənizində qeydə alınan ardıcıl zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. Xüsusilə paytaxt və sahilyanı ərazilərlə bağlı bu yöndə suallar aktuallaşıb.

Son günlər Xəzər dənizində qeydə alınan ardıcıl zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. Xüsusilə paytaxt və sahilyanı ərazilərlə bağlı bu yöndə suallar aktuallaşıb.

Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli mövzu ilə bağlı Gundem.today-a danışıb.

O bildirib ki, zəlzələlərin əvvəlcədən dəqiq proqnozlaşdırılması hazırda mümkün deyil və bu, yalnız Azərbaycanda yox, ümumilikdə dünya elmi üçün açıq qalan məsələdir.

Onun sözlərinə görə, hər hansı seysmik hadisənin daha güclü zəlzələnin xəbərçisi olub-olmadığını da öncədən demək mümkünsüzdür:

"Uzun illərdir ki, bu sahədə araşdırmalar aparılır, lakin konkret nəticə əldə olunmayıb. Bəzən çoxsaylı zəif təkanlardan sonra güclü zəlzələ baş verir, bəzən isə belə olmur. Hətta heç bir xəbərdarlıq olmadan da güclü zəlzələ qeydə alına bilər".

T.Məmmədlinin sözlərinə görə, tarixdə də buna bənzər hallar müşahidə olunub:

"2000-ci illərin əvvəllərində Xəzər dənizində, Abşeronun şimal hissəsində bir neçə gün ərzində 150-yə yaxın seysmik təkan qeydə alınmışdı. Həmin vaxt güclü zəlzələ ehtimalı müzakirə olunsa da, belə bir hadisə baş vermədi. Daha sonra zəlzələ başqa ərazidə qeydə alındı. Bu da göstərir ki, hadisələr arasında birbaşa əlaqə qurmaq mümkün deyil".

Şöbə müdiri vurğulayıb ki, seysmik aktiv zonalarda zəlzələlərin baş verməsi hər zaman gözləniləndir, lakin konkret zaman demək olmur.

Onun sözlərinə görə, Azərbaycan ümumilikdə seysmik baxımdan aktiv zonaya daxildir və Abşeron yarımadasına təsir edən güclü zəlzələlərin ocaqları əsasən Xəzər dənizində yerləşir:

"Zəlzələ baş verəndə təsir yalnız ocaqda qalmır, ətraf ərazilərə də yayılır. Uzaq zonalarda baş verən zəlzələlər belə zəifləyərək Bakı və Abşeronda hiss edilə bilər. Adətən bu təsir 5 bala qədər, bəzi hallarda isə daha yüksək olur".

Tahir Məmmədli əlavə edib ki, son müşahidə olunan aktivliyin əsas səbəbi tektonik proseslərlə bağlıdır:

"Yer qabığında qırılma zonalarında müxtəlif istiqamətli hərəkətlər baş verir. Bu zaman gərginlik toplanır və müəyyən həddə çatdıqda boşalaraq zəlzələ yaradır. Əgər hansısa ərazidə aktiv qırılma zonası yoxdursa, orada güclü zəlzələ ehtimalı da aşağı olur".

O, həmçinin qeyd edib ki, zəlzələlərlə bağlı səsləndirilən bəzi açıqlamalar ehtimallara əsaslanır və qəti proqnoz kimi qəbul olunmamalıdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Təbii_fəlakət#Zəlzələ

Oxşar Xəbərlər

"Bir neçə dəfə gedib-gələndən sonra avtomobili təmir etdirməli olursan" - Şəmkir sakinləri yararsız yoldan ŞİKAYƏT EDİRLƏR - VİDEOCəmiyyət

"Bir neçə dəfə gedib-gələndən sonra avtomobili təmir etdirməli olursan" - Şəmkir sakinləri yararsız yoldan ŞİKAYƏT EDİRLƏR - VİDEO

Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.

Bu gün
23:120
Samir Oruc vəzifəsindən AYRILDICəmiyyət

Samir Oruc vəzifəsindən AYRILDI

Respublika Diaqnostika Mərkəzinin PR və marketinq şöbəsinin rəhbəri Samir Oruc vəzifəsindən ayrılıb.

Bu gün
22:480
Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - VİDEOCəmiyyət

Daşınmaz əmlakı sığorta etdirənlərin sayı niyə azalıb? - VİDEO

Son günlər intensiv yağıntıların qeydə alınması daşınmaz əmlakın sığortalanmasının əhəmiyyətini bir daha gündəmə gətirib. Lakin rəsmi göstəricilər bu sahədə sığortalananların sayının azaldığını ortaya qoyur.

Bu gün
22:360
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR - FOTOCəmiyyət

Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR - FOTO

Aprelin 12-də Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb. Daha sonra araşdırma aparılıb və əkilmiş gülləri əzənlər polisə çağırılıblar. Həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunub və onlar barəsində məsuliyyət tədbirləri görülüb.

Bu gün
22:240