
Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi
Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.
Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.
Gundem.today Modern.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, Nigar Qəhrəmanova 2 ildir ki onkoloji xəstəlikdən əziyyət çəkib. 6 ay əvvəl isə müalicə məqsədi ilə əməliyyat olunub, lakin xəstəliyi ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Nigar Qəhrəmanova cəmi 4 yaşında Xocalı meşələrində ayaqları donduğu üçün hər ikisi amputasiya olunmuşdu.
"Nigarın atası Təvəkkül silahlı olduğundan əsir düşəcəyimizi biləndə əhalini və ailəsini müdafiə etmək məqsədi ilə müqavimət göstərib. Atışma zamanı ayağından və çiynindən yaralanan Təvəkkül ağaclara söykənə-söykənə mülki əhali ilə birlikdə Əsgəran ərazisindəki şumlanmış əkin sahəsinə qədər gəlib. Oradakı dinc sakinlərin yerini aşkar edən erməni silahlıları atəş açaraq atasının çiynində olan dörd yaşlı Nigarı yaralayıblar. Uşağın anası Raya yaralı qızı Nigarı qucağına götürdükdə ermənilər güllə ilə qadının başından vuraraq onu qətlə yetiriblər", - bu barədə onun ailəsi xatirələrində bildirib.
Nigar Qəhrəmanova uzun müddət bacısı Xəzangüllə birlikdə yaşayıb. O, cəmi 7 il əvvəl ailə həyatı qurmuşdu.
39 yaşında vəfat edən Nigarın anası Raya xanım 33, atası isə 37 yaşında Xocalı faciəsinin qurbanı olublar.
Nigar Qəhrəmanova səhhətində yaranan problemlərə görə Xocalı işğaldan azad olduqdan sonra öz ata-baba yurduna gedə bilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb.
CəmiyyətGəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi
Dövlət Gömrük Komitəsində rəhbər vəzifəyə kadr dəyişikliyi həyata keçirilib.
CəmiyyətBu gün paytaxtda 550 küçə yuyulub
"Aprelin 11-də Bakının kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib".
CəmiyyətKeçmiş ədliyyə naziri vəfat edib - FOTO
Keçmiş ədliyyə naziri Südabə Həsənova 79 yaşında vəfat edib.