
XXI Əsr Məktəbi 25 yaşında: Keçilən yol və gələcəyin hədəfləri
Bu il XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 25 illik yubileyini qeyd edir. Bu müddət ərzində mərkəz təkcə bir məktəb kimi deyil, həm də ölkədə müasir təhsil yanaşmalarının inkişafına töhfə verən qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib.
Bu il XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 25 illik yubileyini qeyd edir. Bu müddət ərzində mərkəz təkcə bir məktəb kimi deyil, həm də ölkədə müasir təhsil yanaşmalarının inkişafına töhfə verən qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib.
Bu əlamətdar tarix münasibətilə mərkəzin formalaşmasında və inkişafında mühüm rolu olmuş şəxslərdən biri - Arif Qaraşov müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik:
- Arif müəllim, XXI Əsr Məktəbinin yaranma ideyası necə formalaşdı?
- XXI Əsr Məktəbinin yaranması ilə bağlı ideyalar Azərbaycanın müstəqillik dövrünün ilk illərində formalaşmağa başladı. Bu dövr həm çətinliklərlə, həm də yeni imkanlarla yadda qalıb. Sovet təhsil sistemindən daha çevik, müstəqil və müasir bir modelə keçid ehtiyacı açıq şəkildə hiss olunurdu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitliyin bərqərar olması və uğurlu dövlət siyasətinin həyata keçirilməsi bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də yeni mərhələnin başlanğıcını qoydu. Təhsil islahatları sürətlə aparılır, sistemin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılır, özəl təşəbbüslərə daha açıq yanaşma formalaşırdı.
Belə bir yanaşma mövcud idi ki, orta ümumtəhsil pilləsində də özəl təşəbbüslərin iştirakı mümkündür və bu, ümumilikdə təhsil sisteminin inkişafına xüsusi töhfə verə bilər.
Məhz belə bir mühitdə 2001-ci ildə XXI Əsr Məktəbi yaradıldı. Bu qərar təsadüfi deyildi. Bu sahədə çalışan peşəkarların məsləhətləri, xarici təcrübələrlə yaxından tanışlıq və müxtəlif təhsil modellərinin öyrənilməsi bu qərarın formalaşmasında mühüm rol oynadı. Məqsəd yalnız bir məktəb yaratmaq deyil, milli dəyərlərə əsaslanan, eyni zamanda qlobal dünyaya açıq olan bir təhsil mühiti formalaşdırmaq idi.
2003-cü ildən sonra isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil siyasətində daha müasir yanaşmalar geniş vüsət aldı. Təhsilin keyfiyyətinin artırılması, beynəlxalq proqramların tətbiqi və infrastrukturun inkişafı bu sahədə yeni imkanlar yaratdı və bu da belə təşəbbüslərin inkişafına əlavə təkan verdi.
Bu gün Azərbaycanda artıq 30-a yaxın özəl ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bu sahə genişlənib və daha sağlam rəqabət mühiti formalaşıb. Eyni zamanda əməkdaşlıq meyilləri də güclənir və bu, ümumi inkişaf baxımından müsbət tendensiyadır. Bütün bunlar bu yolun ilk mərhələlərinin şahidi olmaq baxımından böyük məmnunluq hissi yaradır.
- Uşaqlıq və gənclik illəriniz məktəbin yaradılması ideyasına necə təsir edib?
- Mənim həyat yolum asan olmayıb. 4 yaşında anamı, 9 yaşında isə atamı itirmişəm və analığımın himayəsində böyümüşəm. Ailədə 5 uşaq olmuşuq və həmin dövrdə imkanlarımız olduqca məhdud idi. Təhsil almaq hər zaman əlçatan görünmürdü.
Analığım təhsilə o qədər də ümidlə yanaşmırdı. O düşünürdü ki, mövcud şəraitdə bunu davam etdirmək çətin olacaq və daha çox təsərrüfat işlərinə yönəlmək lazımdır. Bu heç də laqeydlikdən deyil, dövrün reallıqlarından irəli gəlirdi. Həqiqətən də nə maddi imkanımız var idi, nə də arxamızda dayana biləcək bir dəstək.
Amma içimdə oxumağa qarşı çox güclü bir istək var idi. Çətinliklərə baxmayaraq, təhsilimi davam etdirmək üçün yollar axtardım və tapdım.
Universitetə heç bir dəstək olmadan qəbul oldum. Gündüz şöbəsinə qəbul olunsam da, işləyə bilmək üçün axşam şöbəsinə keçdim.
O dövrdə çox sadə şəraitdə yaşayırdım. Hətta bir köynəyim var idi - onu hər gün yuyub qurudur, səhəri gün yenidən geyinirdim. Eyni zamanda fəhlə kimi işləyir, paralel olaraq təhsil alırdım.
Bu həyat mənə çox şey öyrətdi - zəhmətin dəyərini, səbrin gücünü və ən əsası, təhsilin insan üçün nə qədər böyük imkanlar açdığını.
Bu gün geriyə baxanda görürəm ki, məhz təhsil mənim həyatımda dönüş nöqtəsi oldu. Və məhz buna görə düşündüm ki, gələcək nəsillər belə çətinliklərlə üzləşməməlidir.
XXI Əsr Məktəbinin arxasında duran əsas ideyalardan biri də məhz bu şəxsi təcrübədən və bu anlayışdan qaynaqlanır.
- Məktəbin inkişaf yoluna baxanda hansı mərhələləri xüsusilə qeyd edərdiniz?
- İnkişaf yoluna baxdıqda onu şərti olaraq üç əsas mərhələyə bölmək olar.
Birinci mərhələ - əsasların qurulması dövrüdür. Bu mərhələdə ən vacib məsələlər güclü komandanın formalaşdırılması, tədris yanaşmasının müəyyən edilməsi və valideyn etimadının qazanılması idi. Açıq desək, bu illər daha çox etibar və sistemin formalaşdırılması üzərində qurulmuşdu.
Eyni zamanda qeyd etmək istərdim ki, həmin dövrdə ölkədə sabitliyin bərqərar olması, əmin-amanlığın təmin olunması, təhsilə göstərilən diqqət və özəl təşəbbüslərə yaradılan imkanlar bu kimi layihələrin həyata keçməsi üçün mühüm zəmin yaratdı. Bu dəstək olmasaydı, belə bir təşəbbüsün reallaşdırılması daha çətin olardı.
İkinci mərhələ - akademik keyfiyyətin sistemli şəkildə inkişafı ilə bağlıdır. Bu dövrdə məktəbdə beynəlxalq proqramların tətbiqinə xüsusi diqqət yetirildi. Xüsusilə 2011-2012-ci illərdən etibarən Kembric beynəlxalq proqramlarının tətbiqi, daha sonra IB Diplom proqramı istiqamətində atılan addımlar bu inkişafda mühüm rol oynadı. Bununla yanaşı,
Oxşar Xəbərlər
CəmiyyətYollarda görünüş məsafəsi məhdudlaşacaq
Aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 16.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətAilə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.
CəmiyyətZaqatalada 1 600-dən çox abonentin qaz təchizatı dayandırılacaq
Zaqatala xidmət sahəsində aprelin 17-də saat 11:00-dan etibarən Muxax və Zəyəm kəndlərində ümumilikdə 1 685 abonentin qaz təchizatı dayandırılacaq.