
Yanardağ yaxınlığında dağ massivi yarılır - İDDİA
Abşeron rayonunun Digah qəsəbəsində Yanardağ ətrafında dağ massivinin qanunsuz şəkildə yarılması iddia edilib.
Abşeron rayonunun Digah qəsəbəsində Yanardağ ətrafında dağ massivinin qanunsuz şəkildə yarılması iddia edilib.
Gundem.today xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
İddia olunub ki, ərazidə torpaq və daş kütlələrinin kütləvi şəkildə çıxarılması prosesi aparılır və bu işlər sıravi şəxslər tərəfindən deyil, müəyyən nüfuzlu şəxslərin himayəsi altında həyata keçirilir.
Gundem.today-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi Yanardağ ərazisi deyil.
"Vətəndaş Hənifə Əlihəsən qızı Bayramovanın mülkiyyətində olan 80 sot yaşayış məntəqəsinin torpaqlarında hazırda mövcud olan qeyri-yaşayış sahəsinin - anbar və ofis binasının yenidən qurulması işlərinin aparılması aşkar olunub. Əlavə olaraq bildiririk ki, vətəndaş Hənifə Bayramova tərəfindən də Tikintilərin Dövlət Reyestrinə tikinti icazəsinin alınması ilə bağlı müraciət olunub", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ
Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.
CəmiyyətNardaranda su xətti partlayıb, 22 gündür küçəyə axır - Sakinlərdən NARAZILIQ
Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları ərazisində ciddi kommunal problem yaşanır.
CəmiyyətMəktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.
CəmiyyətSelin apardığı Məşrif körpüsünə alternativ yolun tikintisinə BAŞLANILDI - FOTO
"Siyəzən-Məşrif avtomobil yolunda müvəqqəti alternativ yolun da tikintisinə start verilib".