
Yaxın Şərqdə universitetlər təhlükə fonunda onlayn təhsilə keçir
Yaxın Şərqdə bir sıra universitetlər İran tərəfindən səsləndirilən təhdidlər fonunda onlayn təhsilə keçiblər.
Yaxın Şərqdə bir sıra universitetlər İran tərəfindən səsləndirilən təhdidlər fonunda onlayn təhsilə keçiblər.
Gundem.today CNN-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran universitetlərinə hücumlara cavab olaraq ABŞ və İsraillə əlaqəli ali məktəblərə zərbə endirə biləcəyini bəyan edib.
Məlumata görə, Amerika Universiteti Beyrutda bu gündən etibarən tam distant təhsilə keçəcəyini açıqlayıb. Livan-Amerika Universiteti də analoji qərar qəbul edib.
Bundan əlavə, Corctaun Universiteti, Texas A&M Universiteti və Virciniya Ştat Universitetinin İncəsənət Məktəbinin Qətərdəki filialları təhsilin növbəti göstərişədək onlayn formatda davam edəcəyini bildiriblər. Həmçinin Küveyt, Dubay və Rəs əl-Xaymadakı Amerika universitetləri də ayın əvvəlindən distant təhsilə keçiblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.