
İtaliyanın avtomobillərlə səyahət etməyin qadağan olunduğu bölgəsindən REPORTAJ - FOTO
Çinkve-Terre möhtəşəm gözəlliyi və rahat həyat tempi ilə məşhurdur. İtaliyanın bu milli parkı "Beş torpaq" kimi tanınır və Liquriya sahillərində ən çox ziyarət edilən turistik məkandır. Beş kəndin - Monterosso, Vernatsa, Kornilya, Manarola və Riomaccoreni birləşdirən İtaliya Rivierasının bu hissəsi 1997-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxildir. Yerli sakinlər hesab edirlər ki, bu qərarın müsbət təsiri var. Yerli sakinlərin həyat tərzi dəyişib və mənzərə toxunulmaz qalıb.
Çinkve-Terre möhtəşəm gözəlliyi və rahat həyat tempi ilə məşhurdur. İtaliyanın bu milli parkı "Beş torpaq" kimi tanınır və Liquriya sahillərində ən çox ziyarət edilən turistik məkandır. Beş kəndin - Monterosso, Vernatsa, Kornilya, Manarola və Riomaccoreni birləşdirən İtaliya Rivierasının bu hissəsi 1997-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxildir. Yerli sakinlər hesab edirlər ki, bu qərarın müsbət təsiri var. Yerli sakinlərin həyat tərzi dəyişib və mənzərə toxunulmaz qalıb.
Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Burada avtomobillərlə səyahət etmək qadağandır, ona görə də yaşayış məntəqələri arasında yalnız bərə, qatar və ya mənzərəli cığırlarla piyada səyahət etmək olar. Bölgə gözəl mənzərələri, dar cığırları, terraslı üzüm bağları və rəngli evləri ilə məşhurdur.
Çinkve-Terre binalarının əksəriyyəti orta əsrlərə aiddir. Hazırda milli parkı təşkil edən kəndlər XI əsrdə salınıb. Sakinləri sivilizasiyanın bütün əsas imkanlarından istifadə etsələr də, yaşayış məntəqələri əsrlər boyu az dəyişib.
Rəngli evlər, dağlarda duman, mavi dəniz…
Çinkve-Terre kəndlərinin hər biri inanılmaz mənzərələri və sehrli balıqçılıq atmosferi ilə məşhurdur və buraya gələn insanları sənət əsəri kimi ovsunlayır. Parlaq rəngli, terraslı evlər, dağlarda qalın, sıx duman və mavi dəniz bölgənin əsas gözəllikləridir.
Terraslarda zeytun, limon və üzüm yetişdirilir. Bəzi üzüm bağları inanılmaz dərəcədə dik yamaclarda yerləşir. Çinkve-Terre ümumiyyətlə, gözəl ağ şərabları ilə məşhurdur. Yerli əhali balıqçılıqla da məşğul olur. Buradakı evlər balıqçıların özləri tərəfindən müxtəlif rənglərə boyanıb. Səbəb də budur ki, balıqçılar gecə vaxtı evlərini asanlıqla tapa bilsinlər.
Hər il təxminən üç milyon turist
Hər il bu milli parkı təxminən üç milyon turist ziyarət edir. La Spetsiya şəhərində qatara minib İtaliya nağılını görməyə yollanırıq. Stansiyadakı bilet kassasında 17 avroya birgünlük kombo biletlər satılır. Biletə gün ərzində bütün beş kənd arasında qatar səyahəti daxildir. Kəndlərarası məsafə 3-5 dəqiqədir. Qiymət olduqca münasibdir. Amma bəlkə də bu kəndlərə səyahətin ən yaxşısı yolu piyada getməkdir. Çünki kəndlər arasındakı piyada gediş-gəliş ən tənbəl turisti də yormur.
Şərabı, çınqıl çimərliyi ilə məşhurdur
Riomaccore milli parkın ən böyük kəndidir. Turistlər Çinkve-Terre səyahətlərinə adətən bu kənddən başlayırlar. Kənd özünəməxsus şərabı, kiçik, cazibədar çınqıl çimərliyi və marinası ilə məşhurdur. Parka giriş pulsuzdur. Riomaccore ilə mənzərəli "Sevgi yolu" (Via dell'Amore) ilə birləşən Manarola quldurlara qarşı tikilmiş, qorunub saxlanılan orta əsr müdafiə strukturları ilə maraq doğurur.
Vernatsa milli parkın ən romantik kəndi sayılır. Burada Belforte qülləsinə və Doriya qalasına, qalereyaları olan saraya piyada gedə, Antioxiya Santa-Marqarita kilsəsinə və Qara Madonna məbədinə baş çəkmək məsləhətdir.
Ən çox fotoşəkil çəkilən kənd
Manarola Çinkve-Terredəki ən ikonik və ən çox fotoşəkil çəkilən kənddir. Dik qayalıqlara yapışan rəngarəng evlər, balıqçı qayıqları olan kiçik liman, təpələrə ucalan üzüm bağları və firuzəyi dəniz şəkilli açıqcaya bənzər bir mənzərə yaradır. Yerli mənzərələr o qədər nəfəskəsicidir ki, daim sənətçi və ədəbiyyat adamlarına ilham verib. Manarolada ənənəvi çimərlik yoxdur, lakin qayalıqlarda təbii üzgüçülük sahəsi var. Platformalardan və qayalıqlardan dənizə dalmaq həm yerli sakinlər, həm də turistlər arasında populyar bir fəaliyyətdir.
Kornilya milli parkın ən kiçik kəndidir. Digər şəhərlərdən əsas fərqi dəniz səviyyəsindən təxminən 100 metr yüksəklikdə yerləşməsidir. Çinkve-Terrenin digər kəndlərindən fərqli olaraq Kornilyada həyat daha çox quruya və kənd təsərrüfatına bağlıdır. Yaşayış məntəqəsi üç tərəfdən üzüm bağları ilə əhatə olunub. Limon və zeytun ağacları da kəndin təsərrüfatlarına təkan verir.
Marşrutun sonunda parkın ən böyük kəndi olan Monterosso yerləşir. Burada parkın ən böyük çimərliyini, Neptunun nəhəng heykəlini və kəndi köhnə və yeni məhəllələrə bölən Aurora qülləsini də görə bilərsiniz. Neptunun 14 metr hündürlüyündəki beton heykəli 1910-cu ildə Fegina çimərliyinin kənarında ucaldılıb. Neptun çiyinlərində rəqs səhnəsi kimi istifadə edilən nəhəng dəniz qabığı tutur. İkinci Dünya müharibəsi zamanı heykələ sahib olan Pastin ailəsinin mülkünə də bombalar düşüb və heykəl ciddi ziyan çəkib. 1966-cı ildə fırtına zamanı dalğalar da heykələ zərər verməyə davam edib. Lakin sonradan heykəl qismən bərpa olunub. Bu kənd ərazinin sıx məskunlaşmış yaşayış massividir, təxminən 1 500 nəfər əhalisi var.
Ziyarətçi məhdudiyyəti haqqında düşünürlər
Milli park ilboyu açıqdır. Yağışlı günlərdən və izdiham riskindən qorunmaq üçün buranı aprel-may və sentyabr-oktyabr aylarında ziyarət etmək məsləhətdir.
2026-2027-ci illər üçün Çinkve-Terre ziyarətçi məhdudiyyətləri tətbiq edib. Parkda turistlərin daim artması səbəbindən mümkün məhdudiyyətlər xeyli vaxtdır müzakirə olunur. 2017-ci ildə cığır xəritəsi olan mobil tətbiq yaradılıb. Gələcəkdə pullu cığırlar üçün v
Oxşar Xəbərlər
CəmiyyətSərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Son günlər Bakıda ictimai nəqliyyatda baş verən cibgirlik hadisələri bu problemi yenidən gündəmə gətirib. Daxili İşlər Nazirliyi marşrut avtobuslarından birində baş verən cibgirlik faktı ilə bağlı məlumat və görüntülər yayıb. Məlumata görə, sərnişinin içərisində 200 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı şəxs saxlanılıb. Elə həmin gün metro stansiyalarının birində də oxşar hadisə qeydə alınıb və sərnişinin çantasından pulqabısı ilə yanaşı m
CəmiyyətYol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
CəmiyyətKeşlədə kollektorda qəzaya səbəb olan evin sökülməsinə başlanılıb
Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb.
CəmiyyətBakıda normadan artıq yağan yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı işlər aparılır - VİDEO
Bakının bir sıra ərazilərində normadan artıq yağın yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.