
"Yüksəliş" müsabiqəsinin qalibləri üçün "Ədibin Evində Yüksəliş" silsilə görüşlərinin növbəti sessiyası keçirilib - FOTO
"Yüksəliş" müsabiqəsi qaliblərinin fərdi inkişafı, intellektual potensialının gücləndirilməsi və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən "Ədibin Evində Yüksəliş" silsilə görüşlərinin dördüncü sessiyası baş tutub.
"Yüksəliş" müsabiqəsi qaliblərinin fərdi inkişafı, intellektual potensialının gücləndirilməsi və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən "Ədibin Evində Yüksəliş" silsilə görüşlərinin dördüncü sessiyası baş tutub.
Sessiyada ADA Universitetinin rektoru Hafiz Paşayev, "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun təsisçilərindən BDU-nin professoru Ədibə Paşayeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Humanitar fənlər" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev, gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan "Ədibin Evi"nin icraçı direktoru Şəfəq Mehrəliyeva bu kimi görüşlərin ədəbi-mədəni dəyərlərin təbliği, maarifləndirici müzakirələrin təşviqi, eləcə də iştirak edən qonaqların intellektual və estetik dünyagörüşünün formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sessiya Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Aqil Məlikovun təqdimatında "Mir Cəlalla ədəbiyyat səhifələrinə" mövzusuna həsr olunub. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Aqil Məlikov və muğam triosu Füzuli qəzəlləri ilə muğam parçalarını ifa edib. Musiqi və ədəbiyyatın vəhdətdə təqdim olunduğu sessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Daha sonra Mir Cəlalın "Füzuli Sənətkarlığı" elmi əsəri filologiya elmləri doktoru professor Tərlan Quliyev tərəfindən şərh edilib. Professor Tərlan Quliyev çıxışında Mir Cəlalın ədəbi-estetik baxışlarının Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutduğunu qeyd edib, onun irsinin çağdaş oxucu üçün də aktuallığını qoruduğunu vurğulayıb. Tədbirdə qeyd olunub ki, Mir Cəlalın 1958-ci ildə nəşr olunan "Füzuli sənətkarlığı" əsəri Azərbaycan ədəbiyyatşünaslığında poetika məktəbinin əsasını qoyan fundamental tədqiqatlardan biri hesab olunur.
"Ədibin Evində Yüksəliş" silsilə görüşləri qaliblərin peşəkar inkişafı ilə yanaşı, onların mədəni və intellektual baxımdan da formalaşmasına töhfə verən mühüm platforma rolunu oynayır. Bu təşəbbüs iştirakçıların müxtəlif sahələr üzrə biliklərini dərinləşdirməyə, ədəbiyyat, mədəniyyət və düşüncə dünyası ilə daha yaxından təmas qurmasına imkan yaradır.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf proqramına cəlb olunur və özünüinkişaf məqsədilə 20 min manat məbləğində mükafat əldə edirlər.
Xatırladaq ki, sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTO
Bakıda fəaliyyət göstərən, uşaqlar üçün İT tədris mərkəzi kimi tanınan "İDSchool" hazırda beynəlxalq arenada növbəti mühüm mərhələdə çıxış edir.
Digər"BRAVO": 10 İlin Parıltısı
"BRAVO" "10 İlin Parıltısı" adlı yubiley tədbiri təşkil edib. Tədbir "BRAVO" marketlər şəbəkəsinin 10 illik fəaliyyət yoluna, əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf hədəflərinə həsr edilib.
Digər"Araz" supermarketlər şəbəkəsindən "Bir kitab, min dünya" təşəbbüsü
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə "Bir kitab, min dünya" layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.
Digərİsmayıllıda lotereyada 100 000 manat uduldu
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "Super Keno" tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub.