
Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür: Bəzi kəndlərə texnikalar cəlb olundu
Zaqatala rayonunda Muxaxçay, Talaçay və digər dağ çaylarında sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir.
Zaqatala rayonunda Muxaxçay, Talaçay və digər dağ çaylarında sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir.
Gundem.today xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, son günlər ölkənin şimal-qərb zonasına yağan güclü leysan yağışları rayon ərazisindən axan Talaçay, Muxaxçay və digər dağ çaylarında sululuğu artırıb. Bu isə ətraf ərazilər üçün sel təhlükəsi yaradıb. Hazırda daşqın ehtimalı olan Yolayrıc və Üçüncü Tala kəndləri ərazilərinə ağır texnikalar cəlb olunub.
Bundan başqa, çayların keçdiyi Göyəm, Dardoqqaz, Aşağı Çardaqlar, Yuxarı Çardaqlar, Paşan, Əliabad, Yeni Suvagil, Çobankol, Qımır və Mamrıx kəndlərinin mühafizəsi üçün məcra nizamlama və sahil bərkitmə işləri davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakının mərkəzində kanalizasiya lükünün ətrafında ÇÖKMƏ - VİDEO
Bakının Nəsimi rayonundakı mərkəzi küçədə kanalizasiya lükünün ətrafındakı çökmə sürücülərin narahatlığına səbəb olub.
CəmiyyətDoğuşdan sonrakı bərpa: Orqanizm köhnə vəziyyətinə necə qayıdır? - FOTO
Doğuşdan sonrakı dövr - zahılıq mərhələsi qadın orqanizmi üçün həm fiziki, həm də psixoloji baxımdan xüsusi əhəmiyyət daşıyan həssas bir bərpa dövrüdür. Bu müddətdə düzgün qulluq, qidalanma və tibbi tövsiyələrə əməl olunması gələcək sağlamlıq üçün mühüm rol oynayır.
CəmiyyətAbşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında son durum
Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağında tikinti işləri başa çatmaq üzrədir.
Cəmiyyət"Papanin" hospitalında nüfuz alveri - Yüksəkrütbəli hərbçi İTTİHAM OLUNUR
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ("Papanin") maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib.