
Zelenski: "Ukrayna ABŞ ilə atəşkəs şərtlərini müzakirə edəcək"
Rəsmi Kiyev ABŞ ilə mayın 9-u üçün potensial atəşkəsin şərtlərini və detallarını müzakirə edəcək.
Rəsmi Kiyev ABŞ ilə mayın 9-u üçün potensial atəşkəsin şərtlərini və detallarını müzakirə edəcək.
Gundem.today xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski məlumat verib.
"Nümayəndələrimizə ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə saxlamağı və Rusiyanın qısamüddətli atəşkəs təklifi ilə bağlı detalları aydınlaşdırmağı tapşırdım", - deyə Ukrayna prezidenti sosial şəbəkə hesabında bildirib.
Zelenskinin sözlərinə görə, ölkəsi həmçinin uzunmüddətli atəşkəs əldə etmək niyyətindədir:
"Rusiyanın təklif etdiyi təşəbbüsü Ukrayna tərəfi layiqli və effektiv formatda dəyərləndirməyə hazırdır".
Kreml rəsmisi Dmitri Peskov isə qeyd edib ki, 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə atəşkəsin konkret müddətləri elan ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.