
Zəngilanda 80 nəfər pulsuz müayinə olundu - FOTO
Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən təşəbbüslər "Böyük Qayıdış" proqramının mühüm tərkib hissəsidir.
Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində tədbirlər davam etdirilir. Həyata keçirilən təşəbbüslər "Böyük Qayıdış" proqramının mühüm tərkib hissəsidir.
Gundem.today xəbər verir ki, proqram çərçivəsində növbəti tibbi aksiya Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub.
Aksiya zamanı nazirliyin M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yüksəkixtisaslı və təcrübəli həkim heyəti bölgə sakinlərinə yerində tibbi xidmət göstərib.
Aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə həkimlər tərəfindən ətraflı tibbi müayinələr aparılıb. Vətəndaşlar terapevt, kardioloq, endokrinoloq, qastroenteroloq və digər ixtisaslı mütəxəssislər tərəfindən qəbul ediliblər, onların sağlamlıq vəziyyəti qiymətləndirilib və fərdi tibbi tövsiyələr verilib.
Ürək-damar, həzm sistemi, böyrək və endokrin xəstəliklərin erkən aşkarlanması istiqamətində geniş müayinələr həyata keçirilib. Müasir tibbi avadanlıqlardan istifadə olunmaqla elektrokardioqrafiya (EKQ) və digər zəruri diaqnostik prosedurlar tətbiq edilib. Bu isə xəstəliklərin ilkin mərhələdə müəyyən olunmasına və vaxtında müdaxilə imkanlarının artırılmasına şərait yaradıb.
Təxminən 80 nəfərin faydalandığı tibbi aksiya yerli sakinlər tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Layihənin əsas üstünlüklərindən biri tibbi xidmətlərin birbaşa əhalinin yaşadığı əraziyə çatdırılması və onların paytaxt və digər iri şəhərlərə üz tutmasına ehtiyacın azalmasıdır. Qeyd edək ki, bu cür tibbi aksiyalar işğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən diaqnostikası və profilaktikasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bildirir ki, bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək və "Böyük Qayıdış" prosesi çərçivəsində əhalinin sağlamlığı prioritet sahələrdən biri olaraq qalacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətGürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandı
2025-ci ildə 10 nəfər Gürcüstan vətəndaşlığından imtina edib və Azərbaycan vətəndaşlığı alıb.
CəmiyyətÖlkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Aprelin 24-ü saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
CəmiyyətCari ildə dəmir yollarında dörd toqquşma hadisəsi baş verib
Davamlı maarifləndirmə işlərinə və infrastruktur quruculuğuna baxmayaraq, kənar şəxslərin dəmir yollarına daxil olması halları davam edir.
CəmiyyətWUF13 və AFFA-nın birgə seminarı keçirilib
Aprelin 23-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.