
71 tonluq qatarı dartan şərurlu pəhləvan: Rekordlar kitabında adı olan Əliyar Musayev - FOTOREPORTAJ
64 yaşlı pəhləvan Əliyar Musayevin bu sahəyə marağı hələ uşaqlıq illərindən başlayıb. O, 10 yaşından idmanla məşğul olub.
64 yaşlı pəhləvan Əliyar Musayevin bu sahəyə marağı hələ uşaqlıq illərindən başlayıb. O, 10 yaşından idmanla məşğul olub.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan pəhləvanın bir çox güc nömrələri, ağır çəkiləri çeçələ barmağı ilə qaldırması böyük maraqla qarşılanır.
Pəhləvanın nail olduğu göstəricilərdən biri artıq rəsmi rekord kimi qeydə alınıb.
Əliyar Musayev adını Avropanın, MDB-nin və Rusiyanın rekordlar kitablarına yazdırıb.
Bundan əlavə, o, "Rusiya rekordlar kitabı"nın "Qızıl ulduz" nişanı ilə təltif edilib. Bu uğur 22 avqust 2023-cü ildə Keşlə dəmir yolu stansiyasında ümumi çəkisi 71 ton 250 kiloqram olan üç vaqonlu qatarı dartmasına görə qiymətləndirilib.
Əliyar Musayevin gənclərə ən böyük tövsiyəsi özlərinə inanmaları və mütəmadi şəkildə idmanla məşğul olmalarıdır. O, pəhləvanlıq ənənəsinin nəsildən-nəslə ötürülərək yaşamasını istəyir və bu istiqamətdə fəaliyyətlərini davam etdirir.
64 yaşlı xalq pəhləvanı Əliyar Musayevin bacarıqlarına dair fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıEv üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlər
Eviniz üçün uyğun qoxu seçimi zamanı onun funksionallığına, otağın parametrlərinə və bir sıra digər detallara diqqət yetirmək vacibdir.
MaraqlıAğıl dişləri nə vaxt çıxarılmalıdır?
Ağıl dişləri (səkkizinci dişlər) kariesə, damaq iltihablarına və bəzi hallarda kök nahiyəsində kistaların yaranmasına yol aça bilər.
MaraqlıAlimlərdən ağlagəlməz proqnoz: Yerin fırlanması yavaşlayır, sutka 25 saat olacaq
Alimlərin proqnozlarına görə, Yerin fırlanma sürətinin tədricən azalması səbəbindən gələcəkdə sutkanın müddəti 25 saata qədər uzana bilər.
MaraqlıMisirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi
İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.