
Misirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi
İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.
İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.
Gundem.today xəbər verir ki, bu barədə "Arkeonews" jurnalı xəbər yayıb.
Alimlər qızıl dilli amuletlərə malik mumiyaların və müxtəlif dəfn əşyalarının tapıldığı nekropolu tədqiq ediblər. Tədqiqatçıların bildirdiyinə görə, tapılan fraqment "İliada"nın ikinci kitabına - Troyaya yollanan yunan qüvvələrinin siyahıya alındığı "Gəmilərin kataloqu"na aiddir. Qeyd edək ki, dəfn mərasimi kontekstində belə ədəbi tapıntılara son dərəcə nadir hallarda rast gəlinir.
Misirin Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Leyti qeyd edib ki, bu kəşf bölgənin elmi cəhətdən öyrənilməsinə yeni çalarlar qatır: "Bu, Oksirinxdəki yerli elitanın yalnız yunan mədəniyyətinin təsiri altında olmadığını, həm də onun ədəbi ənənələri ilə fəal şəkildə qarşılıqlı əlaqədə olduğunu sübut edir".
Alimlər ehtimal edirlər ki, papirusun məqsədyönlü şəkildə mumiyanın içinə yerləşdirilməsi təsadüfi deyil. Bu, ədəbiyyatın axirət həyatı və ya şəxsi kimlik anlayışları ilə əlaqələndirildiyini göstərə bilər. Tapıntının gələcək tədqiqi Roma dövrü Misirində yunan ədəbiyyatının yayılması və təhsil səviyyəsini daha dərindən anlamağa imkan verəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıQıcıqlandırıcı səslər şirniyyat istəyini artırır?
Qıcıqlandırıcı səslər və məcburən dinlənilən musiqi stresi aradan qaldırmağın sürətli üsulu kimi şirniyyata olan meyili artıra bilər.
MaraqlıABŞ-də 26 il həbsdə yatan şəxs bəraət aldı
ABŞ-nin Denver şəhərində körpə uşağın qətlində ittiham olunaraq 26 ilini həbsxanada keçirən şəxsə bəraət verilib.
Maraqlı71 tonluq qatarı dartan şərurlu pəhləvan: Rekordlar kitabında adı olan Əliyar Musayev - FOTOREPORTAJ
64 yaşlı pəhləvan Əliyar Musayevin bu sahəyə marağı hələ uşaqlıq illərindən başlayıb. O, 10 yaşından idmanla məşğul olub.
MaraqlıEv üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlər
Eviniz üçün uyğun qoxu seçimi zamanı onun funksionallığına, otağın parametrlərinə və bir sıra digər detallara diqqət yetirmək vacibdir.