
Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gediblər.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gediblər.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hər iki tərəfin nümayəndə heyətinə Zəngilan şəhəri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş "Cahangirbəyli" Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.
Tədbir iştirakçıları görülmüş işlərlə yaxından tanış olublar.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları aprelin 16-da Zəngilan rayonuna səfər ediblər.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında qonaqları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.
İclas iştirakçıları əvvəlcə Zəngilan rayonunun Ağalı kəndi ilə tanış olublar.
Məlumat verilib ki, Ağalı kəndində "ağıllı kənd" layihəsi çərçivəsində genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Böyük Qayıdışın başlanğıcı olan bu proses yaddaqalan hadisə kimi tarixə düşüb.
Diqqətə çatdırılıb ki, kəndin bütün evlərinə müasir kommunikasiya xətləri çəkilib, qazlaşdırma tam təmin olunub, hər bir ev kombi sistemi ilə təchiz edilib. Bununla yanaşı, ərazidə yol və səkilərin abadlaşdırılması, ictimai binaların və infrastruktur obyektlərinin istifadəyə hazırlanması istiqamətində də işlər görülüb.
Qeyd edək ki, Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasına Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə baş nazirin müavini Aleksey Overçuk həmsədrlik edəcəklər. İclasa hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılacaqlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətŞuşada Rəqabət Forumu keçiriləcək - Tarix açıqlandı
Şuşa şəhərində Türk Dövlətləri Rəqabət Şurasının Rəqabət Forumu keçiriləcək.
SiyasətAleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir"
"Xəzər dənizində kruiz daşımalarının başlanması perspektivlidir".
Siyasətİlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM
Hikmət Baba oğlu Məmmədov (Babaoğlu) "Şöhrət" ordeni ilə təltif edilib.
SiyasətAzərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi açıqlanıb - FOTO
"Ötən il Azərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi 5.4 milyon tondan artıq olub".