
Sevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu
Sevgilisini qətlə yetirmək istəyən Rəhim Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sevgilisini qətlə yetirmək istəyən Rəhim Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gundem.today-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən son iclasda təqsirləndirilənə hökm oxunub, o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 28 avqust 2025-ci il tarixdə saat 23 radələrində Rəhim Məhərrəmovla Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən "Çinar" kafesində ofisiant işləyən Rüxsanə Faxriddin qızı Bağırovanın arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman Rəhim sevgilisinin təhqirlərindən və əl zərbələrindən hiddətlənərək, üzərində gəzdirdiyi bıçaqla Rüxsanə Bağırovaya zərbələr endirib.
Təqsirləndirilən şəxs xanıma ümumilikdə 6 bıçaq zərbəsi vurub. O, əməlini davam etdirərkən həmin vaxt kafeyə daxil olan anası Yeganə Məhərrəmova və kafenin işçisi Rəna Səlimova ona mane olublar.
Rüxsanə Bağırova vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.
Rəhim Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBöyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU - VİDEO
Törətdiyi ağır avtoqəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə hökm oxunub.
KriminalRüşvət almaqda təqsirləndirilən hərbi həkim komissiyasının sabiq rəisinin məhkəməsi başladı
Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.
KriminalAğır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək
"Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Səbutər Adil oğlu Babayevin ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
KriminalƏrini öldürən qadına və sevgilsinə AĞIR CƏZA
Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.