
ABŞ-nin büdcə aviaşirkətləri hökumətdən 2.5 milyard dollar yardım istəyir
ABŞ-nin "Frontier Airlines" və "Avelo Airlines" kimi büdcə aviaşirkətləri ölkə administrasiyasından 2.5 milyard dollar məbləğində maliyyə dəstəyi almağı planlaşdırırlar.
ABŞ-nin "Frontier Airlines" və "Avelo Airlines" kimi büdcə aviaşirkətləri ölkə administrasiyasından 2.5 milyard dollar məbləğində maliyyə dəstəyi almağı planlaşdırırlar.
Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşrinin mənbələrə istinadən məlumat verib. Qeyd olunub ki, bunun müqabilində hökumətə həmin şirkətlərin səhmlərini almaq imkanı verən zəmanətlərin təqdim edilməsi nəzərdə tutulur.
Mənbələrin sözlərinə görə, aviadaşıyıcıların hesablamaları göstərir ki, cari ildə yanacaq üçün məhz bu qədər əlavə vəsait xərclənməli olacaq. Bu qiymətləndirmə 2026-cı ilin sonunadək yanacağın bir qallonunun (3.79 litr) qiymətinin 4 dollardan yuxarı qalacağı ilə bağlı proqnoza əsaslanır.
Bildirilib ki, bu müraciət ABŞ rəhbərliyinin "Spirit Airlines" şirkətinin ləğv edilməsinin qarşısını almaq məqsədilə ona ayrıca maliyyə köməyi göstərmək variantını nəzərdən keçirdiyi bir vaxtda edilib. WSJ-nin məlumatına əsasən, "Spirit Airlines" ABŞ hökumətinə büdcə daşıyıcısının aktivlərində böyük pay verə biləcək variantlar qarşılığında 500 milyon dollara qədər kreditin alınması üzrə danışıqlar aparır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBraziliyada Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib.
DünyaCənubi Koreyada kütləvi tətillər "Samsung" şirkətini vurdu
Əməkhaqqının artırılmasını tələb edən işçilərin kütləvi tətili nəticəsində "Samsung" şirkətinin Cənubi Koreyadakı müəssisələrində istehsal göstəriciləri ciddi şəkildə aşağı düşüb.
Dünyaİran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
"İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub".
DünyaPentaqon rəsmisi tanışlıq saytında dövlət sirlərini yayıb
Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb onun tanışlıq tətbiqində bir qadına məxfi məlumatları açıqlaması ilə bağlı yayılan xəbərlər olub.