
Pentaqon rəsmisi tanışlıq saytında dövlət sirlərini yayıb
Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb onun tanışlıq tətbiqində bir qadına məxfi məlumatları açıqlaması ilə bağlı yayılan xəbərlər olub.
Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb onun tanışlıq tətbiqində bir qadına məxfi məlumatları açıqlaması ilə bağlı yayılan xəbərlər olub.
Gundem.today-ın "CBS News" telekanalına istinadən xəbərinə görə, bu barədə ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında məlumat verib.
"O (Haqq - red.) artıq burada işləməyəcək", - deyə o bildirib.
Telekanalın məlumatına görə, söhbət Haqqın ABŞ-nin milli təhlükəsizliyi ilə bağlı məlumatları tanımadığı bir qadına açıqladığını bildirən jurnalist Ceyms O`Kifin paylaşımından gedir. Mətbuat konfransında bununla bağlı Heqsetə sual verilib.
ABŞ müdafiə naziri qeyd edib ki, nazirlik məlumat sızmalarına ciddi yanaşır və daim daxili təhdidləri izləyir. O, həmçinin qeyd edib ki, məxfi məlumatlara əsaslanan materialların dərc edilməsi ciddi risklər yarada bilər.
Ceyms O`Kif ötən həftə "X" hesabında gizli kamera ilə çəkilmiş video paylaşıb.
"ABŞ nüvə bölməsinin rəhbəri milli təhlükəsizliyə təhdid yaradan məxfi məlumatları sızdırıb", - deyə o, görüntülərə əlavə olaraq yazıb.
Jurnalist, həmçinin iddia edib ki, Endryu Haqq ABŞ-nin sinirləri iflic edən maddələrə sahib olmasından və orduda kimyaçının radiasiyaya məruz qalaraq ölməsindən danışıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBraziliyada Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib.
DünyaCənubi Koreyada kütləvi tətillər "Samsung" şirkətini vurdu
Əməkhaqqının artırılmasını tələb edən işçilərin kütləvi tətili nəticəsində "Samsung" şirkətinin Cənubi Koreyadakı müəssisələrində istehsal göstəriciləri ciddi şəkildə aşağı düşüb.
Dünyaİran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
"İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub".
DünyaÇadda suya görə toqquşma: 42 nəfər həlak olub
Afrika ölkəsi olan Çadın şərq hissəsində baş verən icmalararası qarşıdurma nəticəsində 40-dan çox insan həyatını itirib.