
Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilir
Cinayət-Prosessual Məcəllənin cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair müddəalarında dəyişiklik ediləcək.
Cinayət-Prosessual Məcəllənin cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair müddəalarında dəyişiklik ediləcək.
Gundem.today "Trend"ə isitnadən xəbər verir ki, Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.
Cinayət-Prosessual Məcəlləyə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır.
Xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycanda axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.
Baş prokuror və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir.
Yeni qərara görə isə yuxarıda nəzərdə tutulan "axırıncı yaşayış yeri" və "sonuncu yaşayış yeri" anlayışları, həmçinin "cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan" ifadəsinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMəşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEO
Bir neçə il əvvəl ölkəmizdə teatr forumu keçirilib. Xalq artisti Afaq Bəşirqızı həmin forumda bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən biri də sənətkarlar üçün xüsusi qəbiristanlığın yaradılması olub.
CəmiyyətBakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTO
Dənizkənarı Milli Park ərazisində ilk dəfə caz musiqisi ilə qastronomiyanı bir araya gətirən Caz və Şərab Festivalı təşkil olunur.
CəmiyyətAkademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək
Aprelin 28-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın 103 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
CəmiyyətÖvladlarımızı "ögey ana"ya tapşırırıq?
Kubra Məhərrəmova yazır...