
Alla Puqaçovanın Moskvadakı lüks mənzilinə görə kommunal borcu yaranıb - FOTO - VİDEO
Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanın Moskvada, Kreml yaxınlığında yerləşən və qiyməti yarım milyard rubldan çox olan (11 milyon manat) mənzilinə görə kommunal borcları yaranıb.
Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanın Moskvada, Kreml yaxınlığında yerləşən və qiyməti yarım milyard rubldan çox olan (11 milyon manat) mənzilinə görə kommunal borcları yaranıb.
Gundem.today-ın məlumatına görə, bu barədə "SHOT" "Telegram" kanalı xəbər paylaşıb.
Kanalın yaydığı məlumata əsasən, Primadonna hazırda Xilaskar İsa Məbədinə baxan, sahəsi 300 kvadratmetrdən çox olan beşotaqlı mənzilin mülkiyyətçisidir. Bildirilir ki, bu daşınmaz əmlak Filippov döngəsindəki elit yaşayış kompleksində yerləşir. İfaçının hazırda 100 000 rubla yaxın (2 200 manat) borcu qeydə alınıb. Bu məbləğin 83 000 rublu (1 800 manat) istilik və mənzil-kommunal xidmətlərinin payına düşür. Sözügedən mənzil 2004-cü ildən etibarən Puqaçovanın mülkiyyətindədir. İndi onun dəyəri 500 milyon rubldan yuxarı hesablanır. Müğənni, eyni zamanda, həmin binada ümumi sahəsi 27 kvadratmetri aşan iki parkinq yerinin də sahibidir.
Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başladıqdan sonra SSRİ-nin Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, tanınmış komediya ustası Maksim Qalkin övladları ilə bərabər Rusiyadan köçüblər. Onlar İsrail və Kipr vətəndaşlığına malikdirlər. Yumorist 2022-ci ilin sentyabr ayında xarici agentlər siyahısına salınıb. Rusiya Ədliyyə Nazirliyindən verilən məlumata görə, aktyor xarici təsir altındadır. Qalkin Ali Məhkəmədə bu statusla bağlı qaldırdığı etirazdan heç bir nəticə əldə edə bilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesTürkiyədə məşhur serialların yayımı dayandırıldı: Ssenarilər dəyişdirilir
Türkiyədə Şanlıurfa və Kahramanmaraşda baş verən və ölkə gündəmini zəbt edən məktəb hücumlarından sonra cinayət, şiddət və zorakılıq motivli bəzi serialların yeni bölümlərinin nümayişi dayandırılıb.
Şou-biznesABŞ-li məşhur reperi Avropada konsertini təxirə saldı
ABŞ-dən olan tanınmış reper Kanye Uest iyunun 11-də Marsel şəhərində yerləşən "Stade Velodrome" stadionunda baş tutmalı olan konsert proqramını ertələyib.
Şou-biznesABŞ-li məşhur reper Avropada konsertini təxirə saldı
ABŞ-dən olan tanınmış reper Kanye Uest iyunun 11-də Marsel şəhərində yerləşən "Stade Velodrome" stadionunda baş tutmalı olan konsert proqramını ertələyib.
Şou-biznesReper Kanye Uest məhkəməyə verildi
Amerikalı reper Kanye Uest Hollivudun "Chateau Marmont" hotelində bir nəfərə hücum etdiyi üçün məhkəməyə verilib.