
Türkiyədə məşhur serialların yayımı dayandırıldı: Ssenarilər dəyişdirilir
Türkiyədə Şanlıurfa və Kahramanmaraşda baş verən və ölkə gündəmini zəbt edən məktəb hücumlarından sonra cinayət, şiddət və zorakılıq motivli bəzi serialların yeni bölümlərinin nümayişi dayandırılıb.
Türkiyədə Şanlıurfa və Kahramanmaraşda baş verən və ölkə gündəmini zəbt edən məktəb hücumlarından sonra cinayət, şiddət və zorakılıq motivli bəzi serialların yeni bölümlərinin nümayişi dayandırılıb.
Gundem.today xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, "Yeraltı", "Eşref Rüya", "A.B.İ." və "Taşacak Bu Deniz" kimi serialların ssenarilərində ciddi dəyişikliklər ediləcək. Bundan başqa reklam verən şirkətlərin böyük bir qisminin şiddət ehtiva edən seriallardan maliyyə dəstəyini dayandırdığı bildirilir.
Məlumata görə, ölkədə sözügedən məsələ ilə bağlı ictimai etirazlar davamlı olaraq çoxalır. Onlar bu kimi olayların baş verməsinə bir sıra televiziya seriallarının və kompüter oyunlarının təsir etdiyini iddia edirlər. Bu səbəbdən də film istehsalçıları artan ictimai qınaq qarşısında təcili tədbirlər görmək məcburiyyətində qalıblar. Ekran işlərindəki silah istifadəsi və zorakılıq səhnələrinin ən aza endirilməsi məqsədilə ssenarilərdə əsaslı redaktə işlərinə başlanacağı və yeni bölümlərin bu çərçivədə yenidən yazılacağı açıqlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesReper Kanye Uestin Polşadakı konserti ləğv edildi
Amerikalı reper Kanye Uestin Polşada keçirilməsi planlaşdırılan konserti musiqiçinin qalmaqallı ifadələri fonunda ləğv edilib.
Şou-biznesABŞ-li məşhur reperi Avropada konsertini təxirə saldı
ABŞ-dən olan tanınmış reper Kanye Uest iyunun 11-də Marsel şəhərində yerləşən "Stade Velodrome" stadionunda baş tutmalı olan konsert proqramını ertələyib.
Şou-biznesABŞ-li məşhur reper Avropada konsertini təxirə saldı
ABŞ-dən olan tanınmış reper Kanye Uest iyunun 11-də Marsel şəhərində yerləşən "Stade Velodrome" stadionunda baş tutmalı olan konsert proqramını ertələyib.
Şou-biznesAlla Puqaçovanın Moskvadakı lüks mənzilinə görə kommunal borcu yaranıb - FOTO - VİDEO
Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanın Moskvada, Kreml yaxınlığında yerləşən və qiyməti yarım milyard rubldan çox olan (11 milyon manat) mənzilinə görə kommunal borcları yaranıb.