Son dəqiqə
İstifadəsiz torpaqlarla bağlı yeni modellər və suyun idarə olunması: Nazirlə EKSKLÜZİV MÜSAHİBƏNaftalanda yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılarKruiz gəmisində hantavirus dəhşəti: Ölənlər var, yoluxma sayı artırABŞ-də neft bazarındakı şübhəli əməliyyatlarla bağlı istintaq başlayıbHeydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi müəyyənləşibNiderlandda stüardessa hantavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Anasını bıçaqlayan oğula HÖKM OXUNDU: "Evə narkomanlar gətirirdilər"
Anasını bıçaqlayan oğula HÖKM OXUNDU: "Evə narkomanlar gətirirdilər"
Kriminal

Anasını bıçaqlayan oğula HÖKM OXUNDU: "Evə narkomanlar gətirirdilər"

Bu gün
17:04
0 baxış
Paylaş:

Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib.

Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib.

Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.

Bildirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, hadisədən bir müddət əvvəl Balaəlinin anası V.Cavadova evi tərk edib. Qadın ərinin və iki oğlunun narkotik vasitə qəbul etmələrindən, nalayiq hərəkətlərə yol vermələrindən bezərək başqa ev tutub və oraya köçüb.

Zərərçəkmiş qadın məhkəmədəki ifadəsində oğullarının da, ərinin də narkotik istifadəçisi olduğunu bildirib.

"Mən övladlarım üçün çox əziyyət çəkmişəm, lakin qarşılığını görə bilməmişəm. Oğlum Elnur (şərti) əsgərliyə gedəndən sonra onun qollarını kəsməsi ilə bağlı xəbər gəldi, Balaəli əsgərliyə gedəndən sonra onun əsgərlikdən qaçdığı xəbəri gəldi. Mən Balaəlinin əsgərlikdən qaçmasının qarşısını aldım və qardaşımla onu geri apararkən Balaəli qardaşıma "şüşə" çəkdiyini etiraf etdi. Ümumiyyətlə, mən yoldaşımın da, Balaəli və Elnurun da narkotik istifadəçisi olduğunu bilirdim.

Yoldaşım evə dəfələrlə narkomanları gətirirdi, oğullarım narkomanlarla məni evdə tək qoyurdular, mən bıçaqlandıqdan sonra digər oğlum Elnur 3 dəfə tutulub. Yoldaşımın da narkotikə görə məhkumluğu olub. Mən bütün bunlara nə qədər dözməli idim? Evdə sadəcə mən işləyirdim və mənim günə 12 manata işləməyimə baxmayaraq, evə 20 manatlıq bazarlıq gətirəndə yoldaşım da, oğullarım da bunu sorğulamırdılar. Evə gec saatlarda gələndə narkotik vasitə istifadə etmək üçün yoldaşım məni evdən çölə çıxarırdı. Mən evə internet çəkdirmək üçün bir nəfər şəxslə telefonumda danışan zaman Elnur məni döydü. Hansı ki "Tiktok" sosial şəbəkəsində uyğunsuz şəxslərlə əlaqə saxlayırdı. Qeyd etdiyim bütün bu məsələlərə görə evi tərk etdim.

Başqa evdə yaşasam da, Balaəli yanıma gəlib-gedirdi. Balaəli ad günü münasibətilə məndən ona telefon almağımı istəmişdi, mən ona telefon aldım və telefonu satmayacağına söz verdi. Lakin daha sonra mənə zəng vurmamağından şübhələndim, habelə, bir nəfər tanışım mənə Balaəlinin mənim paltarlarımı 50 qəpiyə, bir manata satdığı ilə bağlı məlumat vermişdi.

Balaəlidə qaldığım evin açarı var idi. Həmin gün içəri girdi və qapını bağladı. Onunla normal söhbət edirdim, lakin içimdə bir hiss var idi. Ondan telefonu niyə satdığını soruşdum, o isə "başımı xarab eləmə, əcəb etmişəm" və s. dedi. Mən isə onu söydüm və mənə "onsuzda səni qanına qaltan etməyə gəlmişəm" dedi. Daha sonra mən paltarlarımı dəyişmək üçün otağa keçdim, paltarlarımı tam geyinməmiş Balaəli içəri daxil oldu. Çölə çıxmağını istədim, çıxıb dərhal geri qayıtdı və nalayiq söz işlədərək məni bıçaqla vurdu. Mən qışqıraraq kömək istəyirdim, Balaəli isə bıçaq zərbələrinə davam edirdi. Daha sonra çölə qaçdı. Bibimə zəng vurdum, "ölürəm, kömək edin" dedim. Sonrakı baş verənləri isə huşum üzərimdə olmadığına görə xatırlamıram. Balaəlidən şikayətim yoxdur, mənəvi olaraq onu bağışlamasam da, barışmışam", - ana öz ifadəsində qeyd edib.

B.Cavadov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 7 il 10 ay 15 gün həbsə məhkum edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Bıçaqlanma_hadisəsi#Saray_qəsəbəsi#Sumqayıt_Ağır_Cinayətlər_Məhkəməsi

Oxşar Xəbərlər

Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEOKriminal

Gecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün
19:240
Bakıda hoteldə iş yoldaşını öldürməkdə ittiham olunan şəxslə bağlı QƏRARKriminal

Bakıda hoteldə iş yoldaşını öldürməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Bakıda hoteldə iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün
17:120
Gözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işiKriminal

Gözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi

Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun barəsindəki cinayət işi üzrə məhkəmə keçirilib.

Bu gün
14:360
Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandıKriminal

Sürücünü yol verməməyə görə baltalayan şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Faiq Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Bu gün
13:240