Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Arvadına işgəncə verən şəxslə bağlı YENİ QƏRAR
Arvadına işgəncə verən şəxslə bağlı YENİ QƏRAR
Kriminal

Arvadına işgəncə verən şəxslə bağlı YENİ QƏRAR

Dünən
11:16
0 baxış
Paylaş:

Həyat yoldaşına işgəncə verməkdə təqsirləndirilən Əkrəm Yaqublunun (ad-soyad şərtidir - red.) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Həyat yoldaşına işgəncə verməkdə təqsirləndirilən Əkrəm Yaqublunun (ad-soyad şərtidir - red.) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Müttəhimə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan olunmuş amnistiyanın müvafiq bəndi tətbiq edilməklə 1 il 2 ay 10 gün cəza müəyyən olunub.

İttihama görə, Əkrəm Yaqublu 2007-ci il tarixdən birgə nikahda olduğu zərərçəkmiş Mətanət Yaqublunu (ad-soyadı şərtidir - red.) 2017-ci ilin əvvəllərindən etibarən aralarında şəxsi münasibətlərin pozulması zəminində əsassız qısqanclıq bəhanələri ilə yaşadıqları mənzildə mütəmadi olaraq onu qapalı saxlayıb, ona psixi və fiziki işgəncələr verib.

Belə ki, təqsirləndirilən şəxs arvadını mütəmadi olaraq döyüb, söyüb, şəxsiyyətini alçaldıb. O, həmin hərəkətlərin davamı olaraq 18 iyun 2024-cü il tarixdə saat 12 radələrində Suraxanı rayonu ərazisində yerləşən evlərində kiçik ölçülü qayçı ilə qəsdən Mətanətin boğaz nahiyəsindən vurub. Qadın canını qurtarmaq üçün balkona çıxmaq istəyib. Bu zaman Əkrəm arvadını tutub yerə yıxaraq balışı üzünə dirəyib, qəsdən nəfəs almasını çətinləşdirib.

Əkrəm Yaqublunun barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Suraxanı Rayon Məhkəməsinin hökmü o, 2 il 8 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, ona təyin edilmiş cəza yüngülləşdirilərək 2 ilə endirilib.

Qeyd edək ki, onların birgə nikahdan 2 övladı var.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Bakı_Apellyasiya_Məhkəməsi#Cinayət_Məcəlləsi#Amnistiya_(əfv_fərmanı)

Oxşar Xəbərlər

Milyonluq QALMAQAL: Tale Heydərov həbsdəki iş adamını BAĞIŞLAYIB?Kriminal

Milyonluq QALMAQAL: Tale Heydərov həbsdəki iş adamını BAĞIŞLAYIB?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun bir milyon manatının ələ keçirilməsi ilə bağlı məhkəmə başlayıb.

Bu gün
17:570
Dələduzluqda ittiham olunan sabiq bankirin oğlunun işində vəkillərlə bağlı kollegiyaya müraciət olunacaqKriminal

Dələduzluqda ittiham olunan sabiq bankirin oğlunun işində vəkillərlə bağlı kollegiyaya müraciət olunacaq

Dələduzluqda ittiham olunan lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bu gün
17:440
Qohumunu əməliyyat edib ölümünə səbəb olmaqda təqsirləndirilən həkim yenidən hakim qarşısında - FOTOKriminal

Qohumunu əməliyyat edib ölümünə səbəb olmaqda təqsirləndirilən həkim yenidən hakim qarşısında - FOTO

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə məhkəməsinin keçirilmə tarixi müəyyənləşib.

Bu gün
17:220
"Abzas Media" işində dörd nəfərin şikayəti ilə bağlı qərar açıqlandıKriminal

"Abzas Media" işində dörd nəfərin şikayəti ilə bağlı qərar açıqlandı

Ali Məhkəmədə "Abzas Media" nəşrinin əməkdaşları Sevinc Vaqifqızı, Hafiz Babalı və digər jurnalistlərin kassasiya şikayətlərinə baxılıb. Şikayətlər rədd edilib və əvvəlki məhkəmə hökmləri qüvvədə saxlanılıb. İş üzrə təfərrüatlar xəbərdə.

Bu gün
16:280