
Arvadını öldürdü, iki yaşlı oğlunu vəhşi heyvanların içinə atdı - Hindistanda tükürpərdən hadisə
Hindistan polisi Madhya-Pradeş ştatında qatil atası tərəfindən cəngəllikdə atılmış ikiyaşlı uşağı xilas edib.
Hindistan polisi Madhya-Pradeş ştatında qatil atası tərəfindən cəngəllikdə atılmış ikiyaşlı uşağı xilas edib.
Gundem.today xəbər verir ki, bu barədə "The Times of India" nəşri xəbər yayıb.
Bildirilir ki, uşağın axtarışlarına hüquq-mühafizə orqanları Vidişa dairəsinin 25 yaşlı sakinini saxladıqdan sonra başlayıblar. Həmin şəxs arvadını öldürərək qaçmağa cəhd edib. Dindirmə zamanı cinayətkar oğlu barədə məlumat verməsə də, polis uşağın varlığını qohumlarından öyrənib.
İstintaq zamanı məlum olub ki, hindistanlı kişi arvadının başına daşla vuraraq onu öldürüb, daha sonra uşağı motosikletlə cəngəlliyə aparıb. O, körpəni və nəqliyyat vasitəsini meşədə qoyaraq piyada qaçıb.
Polis əməkdaşlarının bildirdiyinə görə, ərazi vəhşi heyvanlarla doludur və orada hətta böyük insanın belə təkbaşına sağ qalması çox çətindir. Hakimiyyət orqanları uşağın cəngəllikdə atıldığından qaranlıq düşəndən sonra xəbər tutublar. Bu səbəbdən körpəni sağ tapmaq şansı minimal hesab olunub. Lakin ertəsi gün xilasedicilər uşağı tapmağa müvəffəq olublar. Polisin sözlərinə görə, azyaşlı xilas edilənə qədər təxminən 24 saat meşədə tək qalıb.
Tamamilə gücdən düşmüş uşaq dərhal xəstəxanaya çatdırılıb. Rayon polis rəisinin müavini hadisəni şərh edərək bildirib ki, körpənin sağ qalması əsl möcüzədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLondonda təmir keçmiş bankirə 270 min dollara başa gəlib
Londonun prestijli Naytsbric rayonundakı mənzilin təmiri keçmiş "Goldman Sachs" bankiri Leda Sara üçün böyük maliyyə itkiləri ilə nəticələnib.
DünyaÜrək xəstəlikləri riskini azaldan içki
Diyetoloq Karen Qreça ürək xəstəlikləri riskini azaltmağa kömək edən faydalı içkinin adını açıqlayıb.
DünyaArvadını öldürdü, iki yaşlı oğlunu vəhşi heyvanların arasına atdı - Hindistanda tükürpərdən hadisə
Hindistan polisi Madhya-Pradeş ştatında qatil atası tərəfindən cəngəllikdə atılmış ikiyaşlı uşağı xilas edib.
DünyaAlimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar
Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb.