
Ürək xəstəlikləri riskini azaldan içki
Diyetoloq Karen Qreça ürək xəstəlikləri riskini azaltmağa kömək edən faydalı içkinin adını açıqlayıb.
Diyetoloq Karen Qreça ürək xəstəlikləri riskini azaltmağa kömək edən faydalı içkinin adını açıqlayıb.
Gundem.today xəbər verir ki, mütəxəssis bu barədə "Eating Well" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, yaşıl çay ürək xəstəliklərindən qorunmaq üçün ən effektiv vasitələrdən biridir.
Qreça bildirib ki, bu içkinin tərkibində katexinlər adlanan bitki mənşəli antioksidantlar var. Həmin maddələr ümumi və "pis" xolesterin səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalmasına kömək edir.
Bundan əlavə, antioksidantlar orqanizmə ümumi iltihab əleyhinə təsir göstərir ki, bu da ürək-damar sisteminin sağlamlığını dəstəkləyir.
"Yaşıl çaydakı katexinlər güclü antioksidant təsirə malikdir - onlar sərbəst radikalları neytrallaşdırır, aqressiv metalları bağlayır və zərərli oksidləşdirici reaksiyaların intensivliyini azaldır", - deyə Karen Qreça əlavə edib.
Diyetoloq qeyd edib ki, bütün bu proseslər qan damarlarının elastikliyini və sağlamlığını qoruyur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLondonda təmir keçmiş bankirə 270 min dollara başa gəlib
Londonun prestijli Naytsbric rayonundakı mənzilin təmiri keçmiş "Goldman Sachs" bankiri Leda Sara üçün böyük maliyyə itkiləri ilə nəticələnib.
DünyaArvadını öldürdü, iki yaşlı oğlunu vəhşi heyvanların içinə atdı - Hindistanda tükürpərdən hadisə
Hindistan polisi Madhya-Pradeş ştatında qatil atası tərəfindən cəngəllikdə atılmış ikiyaşlı uşağı xilas edib.
DünyaArvadını öldürdü, iki yaşlı oğlunu vəhşi heyvanların arasına atdı - Hindistanda tükürpərdən hadisə
Hindistan polisi Madhya-Pradeş ştatında qatil atası tərəfindən cəngəllikdə atılmış ikiyaşlı uşağı xilas edib.
DünyaAlimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar
Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb.