Son dəqiqə
Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndəriləcəkAzərbaycan BMT-də miqrasiya forumuna həmsədrlik edir - FOTOAzərbaycan nefti ucuzlaşıbŞəkidə AĞIR QƏZA: Ölən və yaralananlar varÖtən il fermerlərə 280 milyon manat ödənilib - RƏSMİ - FOTOAeroport şosesində ölümlə nəticələnən qəzada xəsarət alanların SON DURUMU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Londonda təmir keçmiş bankirə 270 min dollara başa gəlib
Londonda təmir keçmiş bankirə 270 min dollara başa gəlib
Dünya

Londonda təmir keçmiş bankirə 270 min dollara başa gəlib

Bu gün
07:42
0 baxış
Paylaş:

Londonun prestijli Naytsbric rayonundakı mənzilin təmiri keçmiş "Goldman Sachs" bankiri Leda Sara üçün böyük maliyyə itkiləri ilə nəticələnib.

Londonun prestijli Naytsbric rayonundakı mənzilin təmiri keçmiş "Goldman Sachs" bankiri Leda Sara üçün böyük maliyyə itkiləri ilə nəticələnib.

Gundem.today "Domain.com" portalına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə o, qonşularına kompensasiya və məhkəmə xərcləri də daxil olmaqla, ümumilikdə təxminən 200 min funt-sterlinq (270 min dollardan çox) ödəməlidir.

Bildirilir ki, Sara 1.6 milyon funt-sterlinqə "Lennox Gardens" ərazisindən mənzil alıb. Lakin aşağı mərtəbədə yaşayan Vaqner ailəsi illərlə davam edən təmir səbəbindən ciddi narahatlıqlarla üzləşib. Qonşular davamlı səs-küy, çatlayan tavanlar və çatlar vasitəsilə evə dolan həddindən artıq tozdan şikayət ediblər.

Təmir işləri hələ 2014-cü ildə başlasa da, lazımi icazələrin olmaması səbəbindən uzanıb və mənzil uzun müddət yarımçıq vəziyyətdə qalıb. Bu müddət ərzində Vaqner ailəsi üç dəfə evini tərk etməyə məcbur olub.

Məhkəmə təmirin əsassız ləngidilməsi və qonşulara narahatlıq yaradılması faktını təsdiqləyib. Nəticədə şikayətçilərə 40 min funt kompensasiya təyin olunub. Bundan əlavə, Sara məhkəmə xərclərinin 80%-ni ödəməli olacaq ki, bu da təxminən 150 min funt-sterlinq təşkil edir. Beləliklə, bankirin ümumi xərcləri 270 min dolları ötüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#London#Mənzil#Təmir_işləri

Oxşar Xəbərlər

ABŞ ordusu Sakit okeanda katerə zərbələr endirdi: Ölənlər var - VİDEODünya

ABŞ ordusu Sakit okeanda katerə zərbələr endirdi: Ölənlər var - VİDEO

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu ehtimal edilən daha bir katerə zərbələr endirib.

Bu gün
09:100
"HammAli & Navai"nin klipindəki məşhur aktrisanın öldüyü qəzanın ANBAAN VİDEOSUDünya

"HammAli & Navai"nin klipindəki məşhur aktrisanın öldüyü qəzanın ANBAAN VİDEOSU

Rusiyalı aktrisa Kseniya Dobromilovanın Moskvada öldüyü qəzanın anbaan görüntüləri yayılıb.

Bu gün
08:400
"Nissan" Avropadakı işçilərinin sayını azaldacaqDünya

"Nissan" Avropadakı işçilərinin sayını azaldacaq

Yaponiyanın avtomobil istehsalçısı olan "Nissan Motor" şirkəti Avropadakı işçilərinin təxminən 10%-ni ixtisar etməyi planlaşdırır. Hazırda regionda şirkətin 9 300-ə yaxın əməkdaşı fəaliyyət göstərir.

Bu gün
08:320
Londonda evini təmir edən qadın qonşularına 270 min dollar ödəyəcəkDünya

Londonda evini təmir edən qadın qonşularına 270 min dollar ödəyəcək

Londonun prestijli Naytsbric rayonundakı mənzilin təmiri keçmiş "Goldman Sachs" bankiri Leda Sara üçün böyük maliyyə itkiləri ilə nəticələnib.

Bu gün
07:420