Son dəqiqə
Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcəkPrestianni ikioyunluq kənarlaşdırıldıZaxarova toyundan danışdı: "Dördümüz idik: vitse-konsul, biz ikimiz və Putinin portreti"Kredit kartlarına LİMİT: "İnanılmaz dərəcədə böyük borclanma var idi"Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıbBakıda təxirə salınan nəhəng idman və biznes tədbirinin yeni tarixi açıqlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub
Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub
Kriminal

Atasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub

Bu gün
16:24
0 baxış
Paylaş:

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib.

Daha sonra Ayxan Vəlizadə sərbəst ifadə verərkən hadisəni ailə-məişət məsələləri zəminində törətdiyini vurğulayıb:

"Ailədə həmişə söz söhbət salırdı atam. Anamı həmişə döyürdü, onun bu əməlinin qarşısını ala bilmirdik. Bacıma da bir neçə dəfə əl qaldırmışdı. Anama həmişə iftira atırdı ki, xəyanət edirsən. Biz bacı-qardaş anamızı müdafiə edəndə bizi də ona qatırdı. Hadisə günü evə gələndə gördüm ki, yenə hay-küy salıb. Bacıma deyinirdi, anam müdafiə edəndə yenə əl qaldırdı ona. Bıçağı götürüb bacıma hücum çəkəndə anam bıçağı aldı ondan, əli kəsilmişdi. Nə oldu ondan sonra oldu, mən necə vurmuşam onu xəbərim olmayıb".

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsinin "Gülçülük sovxozu" ərazisində baş verib.

Qəsəbə sakini 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#ata_qətli#Bakıda_cinayət#Ayxan_Vəlizadə#İftixar_Vəlizadə#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#ailə_münaqişəsi#məişət_zorakılığı#Sabunçuda_qətl#qəsdən_adam_öldürmə#cinayət_xəbərləri#məhkəmə_prosesi

Oxşar Xəbərlər

Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıbKriminal

Anasını öldürməkdə ittiham olunan oğulun məhkəməsi başlayıb

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib

Bu gün
17:260
Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar - FOTOKriminal

Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar - FOTO

Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün
15:060
Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİKriminal

Dostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ

Dostunun mühakimə prosesində iştirakdan sonra məhkəmə binasını tərk edib gedərkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan və məsuliyyətə cəlb olunan Peyman Həziyevin cinayət işi üzrə araşdırma başa çatıb.

Bu gün
14:420
Məhkum yoldaşını qətlə yetirən şəxsə ittiham aktı elan edilibKriminal

Məhkum yoldaşını qətlə yetirən şəxsə ittiham aktı elan edilib

Cəzaçəkmə müəssisəsində məhbus yoldaşını öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bu gün
12:450