
Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar - FOTO
Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Aybəniz Qasımova bildirib ki, 4 ay adıçəkilən bağçada çalışıb:
"4 ay idi ki, maaşlarımızı almırdıq. Bağçaya işə düzəlmək üçün Havvaxanıma 9 500 manat pul vermişdim. Maaş məsələsinə gələndə dedi ki, bu gün - sabah ödəniləcək. Amma proses uzandı və biz də polisə şikayət etdik".
Fotoda Havvaxanım Rüstəmova
Gülçöhrə Allahverdiyeva isə bildirib ki, işə düzəlmək üçün 5 min manat pul verib və həmin bağçada cəmi 1 ay təcrübə keçib.
Zərərçəkmiş Günel Həsənovanın sözlərinə görə, adıçəkilən bağçada vakansiya olduğu üçün müraciət edib:
"Artıq bir ay keçəndən sonra narazılıqların olduğunu gördüm. Başa düşdük ki, dələduzluğa məruz qalmışıq. İşə rəsmi götürülmədiyimi öyrəndim".
Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən H.Rüstəmova zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.
Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Moon Kids" Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Məlumat üçün bildirək ki, "Moon Kids" bağçası fəaliyyəti dayandırılıb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalAtasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
KriminalDostunun məhkəməsinə gedən şəxs HƏBS EDİLDİ
Dostunun mühakimə prosesində iştirakdan sonra məhkəmə binasını tərk edib gedərkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan və məsuliyyətə cəlb olunan Peyman Həziyevin cinayət işi üzrə araşdırma başa çatıb.
KriminalMəhkum yoldaşını qətlə yetirən şəxsə ittiham aktı elan edilib
Cəzaçəkmə müəssisəsində məhbus yoldaşını öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Kriminal33 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilir
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya ediləcək.