
Avropada İLK - 1.99 avroya sürücüsüz səyahət
Xorvatiyanın paytaxtı Zaqrebdə Avropanın ilk kommersiya robotaksi xidməti fəaliyyətə başlayıb.
Xorvatiyanın paytaxtı Zaqrebdə Avropanın ilk kommersiya robotaksi xidməti fəaliyyətə başlayıb.
Gundem.today "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, gediş haqları 1.99 avrodan təklif olunur.
Məlumata görə, avtomobillər "Pony AI" süni intellekt texnologiyası ilə idarə olunur. Robotaksilər hazırda təxminən 90 kvadrat kilometrlik ərazini, o cümlədən Zaqrebin beynəlxalq hava limanını əhatə edir. Sifarişlər xüsusi tətbiq vasitəsilə qəbul edilir.
Layihəni icra edən şirkət rəhbərinin sözlərinə görə, artıq 300 nəfər tətbiqdən aktiv istifadə edir, 4 000 nəfər isə gözləmə siyahısındadır. Hazırda təhlükəsizlik məqsədilə avtomobillərdə operator mövcud olsa da, hərəkət tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Sınaqlar zamanı nəqliyyat vasitələrinin çətin yol şəraitində belə uğurla idarə olunduğu qeyd edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNeft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI
ABŞ-İran sülh danışıqlarında irəliləyişlər barədə xəbərlər fonunda kəskin enişdən sonra neft qiymətləri cüzi yüksəlib.
DünyaKİV: ABŞ İrandan uran zənginləşdirməsini 20 il müddətinə dayandırmağı tələb edir
Rəsmi Vaşinqton İranın 20 il ərzində uran zənginləşdirməsindən imtina etməsini istəyir.
DünyaMelani Qugelmann: "İsveçrə ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır"
"İsveçrə hökuməti ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır".
DünyaSinqapurda intizamı pozan məktəblilərə QEYRİ-ADİ CƏZA
Sinqapurun orta məktəblərində intizamı pozan oğlan şagirdlər üçün sərt fiziki cəzaları nəzərdə tutan yeni qaydalar qüvvəyə minib.