Son dəqiqə
Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildiErmənistana Azərbaycan üzərindən İLK DƏFƏ alüminium göndərildiQəbul imtahanının II mərhələsi üzrə sınaq keçiriləcəkBakının mərkəzi küçələrindən biri BAĞLANIR - FOTOVəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi keçirilirBakıda avtobus zolaqlarında çəkilən yeni xətlər NƏYİ İFADƏ EDİR? - VİDEO - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Melani Qugelmann: "İsveçrə ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır"
Melani Qugelmann: "İsveçrə ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır"
Dünya

Melani Qugelmann: "İsveçrə ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır"

Bu gün
09:28
0 baxış
Paylaş:

"İsveçrə hökuməti ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır".

"İsveçrə hökuməti ABŞ və İran arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır".

Gundem.today TASS-a istinadən xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Melani Qugelmann açıqlayıb.

"İsveçrə həmişə öz xoşməramlı xidmətlərini təklif etməyə hazırdır. Sülhün bərqərar olmasına kömək edən istənilən diplomatik təşəbbüsü dəstəkləyirik. XİN bütün tərəflərlə əlaqə saxlayır", - deyə XİN rəsmisi bildirib.

Daha əvvəl "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb ki, Vaşinqton və Tehran silahlı münaqişənin başa çatdırılması barədə memorandumun imzalanmasına yaxındır.

Bildirilib ki, Hörmüz boğazının açılması, İranın nüvə proqramının məhdudlaşdırılması və ABŞ sanksiyalarının ləğvi barədə sazişin detalları üzrə danışıqlar İslamabadda və ya Cenevrədə keçirilə bilər.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İsveçrə#ABŞ#İran#sülh_danışıqları#diplomatik_münaqişə#Cenevrə#Vaşinqton#Tehran#sanksiyaların_ləğvi#nüvə_proqramı#Hörmüz_boğazı#İsveçrə_XİN.

Oxşar Xəbərlər

KİV: ABŞ İrandan uran zənginləşdirməsini 20 il müddətinə dayandırmağı tələb edirDünya

KİV: ABŞ İrandan uran zənginləşdirməsini 20 il müddətinə dayandırmağı tələb edir

Rəsmi Vaşinqton İranın 20 il ərzində uran zənginləşdirməsindən imtina etməsini istəyir.

Bu gün
09:440
Sinqapurda intizamı pozan məktəblilərə QEYRİ-ADİ CƏZADünya

Sinqapurda intizamı pozan məktəblilərə QEYRİ-ADİ CƏZA

Sinqapurun orta məktəblərində intizamı pozan oğlan şagirdlər üçün sərt fiziki cəzaları nəzərdə tutan yeni qaydalar qüvvəyə minib.

Bu gün
08:500
Avropada İLK - 1.99 avroya sürücüsüz səyahətDünya

Avropada İLK - 1.99 avroya sürücüsüz səyahət

Xorvatiyanın paytaxtı Zaqrebdə Avropanın ilk kommersiya robotaksi xidməti fəaliyyətə başlayıb.

Bu gün
08:300
İspan siyasi xadimin qalıqları qədim əlyazma ilə dəyişdirilə bilər - FOTODünya

İspan siyasi xadimin qalıqları qədim əlyazma ilə dəyişdirilə bilər - FOTO

Meksikalı yazıçı və siyasi xadim Pedro Migel ispan konkistadoru Ernan Kortesin qalıqlarının İspaniyaya verilməsi müqabilində qədim maya artefaktlarının geri qaytarılmasını təklif edib.

Bu gün
07:500